PostHeaderIcon Qəribəsən a dünya

İtirən var,tapan var,
Oyadan var,yatan var,
Səndə izi qalan var,
Qəribəsən a dünya

Dərdlilərə yanan yox,
Hal-əhlini qanan yox,
Dərdimizi cəkən yox,
Qəribəsən a dünya.

Həqiqətsən,yalansan,
Bizi dərdə salansan,
Verdiyini alansan,
Qəribəsən a dünya.

Sevincin az,qəmin yox,
Kədərindən könlüm tox,
Di gəl səndən doyan yox,
Qəribəsən a dünya.

Daşına gül əkirik,
Suyuna nur tökürük,
Əzabını çəkirik,
Qəribəsən a dünya.

Müəllif: Hüsü


Be Sociable, Share!

Yorumlara kapalı..