PostHeaderIcon Payız ətirli baxışlar

Baxışların kimi dəyişilibdir,
Çiçəklər söyləmir mehə sözünü.
Dalğalar inciyib-küsüb sahildən,
Çırpır qayalara dəniz özünü.

Buludlar səmayla barışır, amma
Yarpaqlar küsürlər budaqlarından.
Payız baxışınla görüşən zaman,
Təbəssüm çəkilir dodaqlarından.

Payız küləyinə vüsal qatmayır,
Hicranlı həsrətə dayaq kimidir.
Öləndə gözümə torpaq atmayın,
O da payızdakı yarpaq kimidir.

Müəllif: Elnarə Şəms


Be Sociable, Share!

Yorumlara kapalı..