PostHeaderIcon Oldun

Nə mən sənə çiçək oldum,
Nə sən mənim gülüm oldun.
Nə mən sənə ürək oldum,
Nə sən mənə zülüm oldun.

Nə mən sənin xəyalların,
Nə sən mənim arzularım,
Nə mən sənə gərək oldum,
Nə sən mənə ölüm oldun.

Həsrətə çıraqdı izim,
Necə qaçım, ayrı gəzim?
Qəmli üzüm, nəmli gözüm,
Ağı deyən dilim oldun.

Hər an məndən gen dolandın,
Hər an məni sənə dandın,
Nə sən bu ocaqda yandın,
Nə də mənim külüm oldun

Müəllif: Sevinc Şəhrazqızı


Be Sociable, Share!

Yorumlara kapalı..