PostHeaderIcon Niyə gəlməmişdin

Niyə gəlməmişdin sən o məclisə
Şənliyin içində batmışdım yasa
Mən el basa-basa getmişdim yolu
Qayıtdım çiynimdən dərd basa-basa

Yerin görünürdü baxışlarımda
Hamıdan incidim heç nəyə görə
Umudum asıldı bir sağsağandan
Onu da qovdular cücəyə görə

Qocaltdı həsrətin qocaltdı məni
Ömrüdən neçə il keçdi-bilmərəm
Cavan olməyimdən qorxma sevgilim
Öldü cavanlığım cavan ölmərəm

Müəllif: Bəxtiyar Hidayət


Be Sociable, Share!

1 Yorum “Niyə gəlməmişdin için.. ”