PostHeaderIcon NetMan

< !— E-debi cache -->

Artıq narkomansan
Necə yanı necə?
Oxygen kartıyla!
Nəfəs alırsan
Hər gündüz, gecə
Dünyaya Windows gözü ilə
Baxırsan
Internet damarlarına
Şuntlanıb
Səndən xəbərsiz,
Gizlicə

“Mouse“la qidalanırsan
ay gicgicə
bircə
şunurluq canın var
və ya Bakının işiğı
çıxacaq sonuna
səssizcə
o mənalı həyatın
virtuallaşıb artıq
o luks yaşayışın
suallaşıb artıq
hər şeyin
hörümçək toruna
sarmaşıq
düyğuların, hisslərin
atan, anan, sevgilin
əsəblərin qatmaqarışıq
xeyri yoxdur
səni həyatdan
Shoutdown etmək
Gərək
Duaların e-mailsə
Tanrın e-mailini
cavabsız qoyub…

Müəllif:Həbib Müntəzir


Be Sociable, Share!

Yorumlara kapalı..