PostHeaderIcon Məhəbbət

Məhəbbət—
balla dolu pətək.
Yaxınlaşırsan
dadmaq üçün o baldan.
Elə ki daddın,
yapışıb qalırsan
Qopa bilmirsən ondan.
Bundan sonra başlayır
məhəbbət əzabı
Sancır baş-gözünü arılar,
Sizıldadır,
incidir səni bu ağrılar.
Qurtulub qaçmaq istəyirsən,
Yapışıb qalır əlin,ayağın.
Ölmək istəyirsən,
Bu şirinliyə
əlvida demək istəmir dodağın.
Bağlanır əlin,
bağlanır qolun,
Getmək üçün
yoxdur yolun.
Məhəbbət—
balla dolu pətək.
Yaxınlaşırsan,
dadmaq üçün o baldan.
Elə ki daddın,
Yapışıb qalırsan,
qopa bilmirsən ondan.

Müəllif: Məhsəti Musa

Yorumlara kapalı..

Ara