PostHeaderIcon Mənim bu dünyada nə ölumüm var?

Bilmirəm dünyaya mən niyə geldim?!
Mənim bu dünyada nə ölumüm var?
Bu qəmi, kədəri görməyə gəldim?
Mənim bu dünyada nə ölumüm var?

Danışıb gülməyə adam tapmıram,
İçməyə, yeməyə adam tapmıram,
Bir salam verməyə adam tapmıram,
Mənim bu dünyada nə ölumüm var?

Türk yurdundan gəlmir türkün ətiri
Rusun iyi, ingilisin təsiri,
Muğamat olubdu repin əsiri,
Mənim bu dünyada nə ölumüm var?

Sənə əl çalırlar qeybət deyendə
Başa and içirlər rüşvət deyəndə
Gülürlər arxanca millət deyendə
Mənim bu dünyada nə ölumüm var?

Bilmirəm hardanam, haralıyam mən,
Əzəldən ürəkdən yaralıyam mən,
Başqa bir dünyanın adamıyam mən,
Mənim bu dünyada nə ölumüm var?

Müəllif: Faiq Yusifoğlu


Be Sociable, Share!

Yorumlara kapalı..