PostHeaderIcon Məndən xəbərsiz

http://i017.radikal.ru/0812/72/a46491a26982.jpg

Gəlib qəlb evimi gəzən sənmisən?!

Əsən küləkmisən, uçan yelmisən!!!!

Ömrümdə izimə sən xoş gəlmisən,

Bəs hara getmisən məndən xəbərsiz.

Getdiyin yollardan soruşdum səni,

Yollar da susmuşdu, dinmirdi sənsiz.

Bu ahın –amanın qoynuna atıb,

De hara getmisən məndən xəbərsiz?!

Qəlbimə daş basdım, susdum, kiridim

Beləcə ömrümü yaşadım sənsiz.

Sənsiz illərim də səninlə keçdi,

Sən hara getmisən məndən xəbərsiz?!

Məni bu dünyaya sən yad salmısan,

Olmuşam həm sənsiz, həm də kimsəsiz.

İllərin amansız dönən çərxinə,

Atıb sən getmisən məndən xəbərsiz?!!!

Həzin xatirələr yarpaqlar kimi,

Qəlbimi titrətdi kamansız, neysiz.

Rahatlıq vermədi gecələr mənə,

Sənin bu gedişin məndən xəbərsiz.

Yarpaqlar əsdikcə titrəyişindən,

Qəlbim də çırpındı səssiz- səmirsiz.

İllərin qoynuna sığındın səni,

Apardı özüylə məndən xəbərsiz.

Ömrümə xəzan da yarpaqlar tökdü,

Həsrət cığır saldı ömrümə sənsiz.

Mən ayrı yurd-yuva isidən oldum,

Sən ayrı yaşadın məndən xəbərsiz.

İllərdi bağrımı sükutla yaran,

Xatirən çevrildi bir daşa sənsiz.

Tutduğumuz yoldaş gəl əl götürək,

Yaşayaq necə var, elə xəbərsiz.

Müəllif: Aynurə Həsənova


Be Sociable, Share!

Yorumlara kapalı..