PostHeaderIcon Lütdənə-lütdənə

Keçib xarici milləti vətən lütdənə-lütdənə,
Supper olur qeyrətimiz bədən lütdənə-lütdənə.

Adəmə don verdi Xuda, don Adəmə oldu həya,
Gəzir indi bəzi gəda, nədən lütdənə-lütdənə.

Ruhunu kim əzib sənin, yupqanı kim büzüb sənin,
Məgər o vaxt gəzib sənin, nənən lütdənə-lütdənə.

Xar eləmə millətini, salma gözdən hörmətini,
Satma pula qeyrətini, sinən lütdənə-lütdənə.

Haqqı deməyə yox üzün, keçməz öz qızına sözün,
Əgər gəzmisənsə özün, dünən lütdənə-lütdənə.

İbrət var bu kəlməmdə, yanar əbədi cəhənnəmdə,
Əgər gəzsə bu aləmdə, zənən lütdənə-lütdənə.

Müəllif: Əbdul Fəqir


Be Sociable, Share!

Yorumlara kapalı..