PostHeaderIcon Kürt Toyuq

Kimsə günahkarı günahlamadı
Qan tökən qansızlar qan ağlamadı
Mənə bu hökumət gün ağlamadı
Kürt toyuq, umudum sənə qalıbdı

Qiymət verən olsa neçə, sataram
Beşə gedənləri üçə sataram
Kitabım satılmır, cücə sataram
Kürt toyuq umudum sənə qalıbdır

Gözüm dolan qədər cibim də dolsun
Kitabım satılmaır cücəm satılsın
Cipim olan deyil-cip-cipim olsun
Kürt toyuq, umudum sənə qalıbdır

Indi ömür sürmək şərtlərə qalıb
Dərdləri ağlamaq dərdləə qalıb
daha çox umudlar kürtlərə qalıb
kürt toyuq, umudum sənə qalıbdır

Yazan: Bəxtiyar hidayət


Be Sociable, Share!

Yorumlara kapalı..