PostHeaderIcon Küçə tamaşası

Hər səhər küçədə
Eyni səhnə:
Əvvəlcə dönərçi
Açıb kiçik pəncərəni
Nazik uzun bıçağını itiləyir,
Xalq mahnısını zümzümələyir,
Sonra
Üzbəüz səkidə
Kor qoca peyda olur,
Qırıq kətilə oturur,
Əlində köhnə akkordeon,
Gözündə qara eynək…
Həssas barmaqlar akkordeonu
Aşiq kimi oxşayır,
Titrəyən dillərin həzin fəryadı
Küçəyə yayılır,
Dirənir,
Təpinir şüşələrə,
Laqeyd insanların
Çiyni üstündən aşıb
Uçub gedir uzaqlara…

Bir tərəfdə mətbəx qoxusu,
Digərində
Akkordeonun çarəsiz naləsi,
Rəqib kimi
Meydanda döyüşür:
A yordu, yordu, yordu,
Görək,
Kim-kimi yordu…

Müəllif: Sima Ənnağı


Be Sociable, Share!

1 Yorum “Küçə tamaşası için.. ”

  • mikayıl diyor ki:

    Akkordeonçunun həssas barmaqlarını idarə edən onun həssas və incə qəlbidir…