PostHeaderIcon Kişilər

Bivәfa çıxmış zәni-Mollayi-Rum,

Cümleyi-övrәtlәrә eylәr hücum.

Molla söylәr ki, mühәqqәq, bәrmәla,

“Sәk vәfa darәd, nәdarәd zәn vәfa”[1]

Bir Züleyxa eşq dalınca gedib,

Sureyi-Yusif onu rüsvay edib.

Min nәfәr “Yusif” sәnә verrәm nişan,

Eşq sәhrasında vermiş başü can.

Altı yüz evli kişi qürbәtdәdir,

Әhl-beyti atәşi-firqәtdәdir.

Sәbr edir on il fәraqi-şovhәrә[2],

Әcnәbi soxmaz otaqi şovhәrә.

Hәr kecә әmma “vәfalı” şovhәri,

Eyşü nuş eylәr yanında bir qәri.

[1]–itin vәfası var, qadının vәfası yoxdur, (Mollayi-Rumi)

[2]–әrinin ayrılığına

Muəllif: Mirzə Əli Möcüz


Be Sociable, Share!

Yorumlara kapalı..