PostHeaderIcon İzlər

O baxışlar təmiz olur
Gözlərində kədər-qüssə
nə pis olur…
Kim dedi ki, məhəbbətin
bu yolları
təmiz olur,
dümdüz olur?
Bəs bilmirdin məhəbbətin
Böyüyərək
ləpələri dağlar boyda
dəniz olur???
Məhəbbətin hər acısı əziz olur…

Bir gün sənli
Bir gün mənli
bir gün gəlir yalqız olur…
Sevməyənlər nə bilsin ki
Ürəyimin sahilində
Bircə dəfə o iz olur…
Təmiz olur…

Tufan olur
Çovğun olur
Birdən dəniz durğun olur…
Ağır olur –
sahillərdən ləpirlərin silinəndə…
Fağır olur –
sevənlərin ürəyinə iz düşəndə…

Sənli olur, sənsiz olur
Ürəyimin sahilində
Bəlkə gündə min iz olur
Sənin izin əziz olur…

Sənsiz izin ömrü belə
Çox az olur…
ləpələrin qucağında
sahillərim izsiz olur…
sənsiz olur…

Müəllif: Cavid İbrahimli


Be Sociable, Share!

Yorumlara kapalı..