PostHeaderIcon İkisini sevəndə

Ey qəlb cavab ver mənə nələr
etdin sən nələr?
Qorxmursanmı o tanrı başına
küllər ələr
Söz verdin sən qızlara qorxmadınmı
sevərlər
Heç özündə bilmədən sevdalara
daldım oy!
Sevginin adın tutub qəlbə
dərdlər saldım oy!

İki qızı bir yerdə bu qəlb
nece sevəcək?
Seçim sənindir qəlbim görən kimi
seçəcək
Hansını qəlbə salıb
hansından vaz keçəcək
Niyə bu bəlaları paydır diyə
aldım oy!
İki od arasında tək tənha mən
qaldım oy!

Birinin gözü gilas birininki badamdır
Hər ikisi sevimli həmdə qəlbə
yatandır
Hər iki qız yanında başım
ucadır şandır
De hansını seçəsən? Edin
mənə yardim oy!
İkisində yar deyib urəyimə
sardım oy!

Ax bu sevgi insanı nə günlərə
salarmış
Sevəndə nə bilərdim sonda
bəlalar varmış
Nə biləydim hər biri qəlbimdə
ayrı yarmış
Ən axırda sevginin sonuna mən
vardım oy!
İkisindən vaz keçib tənhalıqda
qaldım oy!

Müəllif: Elman Zal


Be Sociable, Share!

Yorumlara kapalı..