PostHeaderIcon Gülüş olum…

Bu nə işvə, bu nə kələk, bu nə ah?
Doğrumusan, yalanmısan bilinmir
Nəmli gözün, şehli olan bir sabah,
Gül yanaqdan yaşlar niyə silinmir?

Gözün qara, qaşın qara, saç qara,
Ya gecəsən, ya günəşsiz səhərim.
Yar olmalı, yar düşəndə yar dara
Mənim üçün yadlığındı qəhərim.

Çiçək sənin, çəmən sənin, yer sənin
Qorxutmasın səni qışın görkəmi.
Qocalmazdı qəlbi hər gün gülənin,
Gülüş olum, yanağına tax məni.

Müəllif: Nahid Hacıyev


Be Sociable, Share!

Yorumlara kapalı..