PostHeaderIcon Gülümsə ( Gülümse )

O ala gözlərə kədər yaraşmır,
Gülümsə sevgilim, gül sən, gülümsə.
Mən səni sevirəm bu dünya qədər,
Bu boyük sevgimi bil sən, gülümsə.

Gözündə nisgilə son qoymaq üçün,
Sənə baxan gözləri oymaq üçün,
Bu millət, bu dövlət, bu torpaq üçün,
Şəhid olduğumu bilsən, gülümsə.
Şuşanı, Dərbəndi alacağam mən,
Təbrizə bir körpü salacağam mən,
Bütöv Azərbaycan quracağam mən,
Özünə dərd bilmə, gəl sən gülümsə.

Bu milli davada köməyi olsa,
Sözdə yox əməldə deməyi olsa,
Faiqin bir damla əməyi olsa,
Qəbrimin üstünə gəlsən, gülümsə.

Müəllif: Faiq Yusifoğlu


Be Sociable, Share!

Yorumlara kapalı..