PostHeaderIcon Etiraf

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bə’zən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…
Bəlkə min suçumu bilmisən mənim,
Birini uzumə vurmamisan hec.
Eyhamla uzumə gulmusən mənim,
Bircə yol uzumə durmamisan hec.
Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmusam.
Dəcəl uşaqlara mulayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmişam bəzən,
Soyumuş çayimi sən dəyişmisən…
Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acim olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.
Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazib qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən…
Bir əlin mətbəxdə qabda-qaşiqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişe üstümdə olub.
Yollar çarpaz-çarpaz, yollar qarışıq…
Gecə yol gedirəm qulaği səsdə.
Bizim pəncərədən süzülən işıq-
Gözümün nurudur yolumun üstə.
Fikirli gəlirəm, dalgin gəlirəm,
Qaygili gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…

Müəllif: Nüsrət Kəsəmənli


Be Sociable, Share!

Yorumlara kapalı..