PostHeaderIcon Duyğularım Səndə Həbsdə

Duyğularım səndə həbsdə,
Hisslərim sənə qandallı,
Dilimdə həsrət nəğməsi,
İçimdə dərd növbələri…

Baxışların öldürücü,
Eşqin qan davası sonsuz.
Otağım soyuq, boğucu,
Gecələr qaldım mən yalnız.

Hər gün yazıram sənə mən,
Taleyimdən gileyliyəm.
Göndərdiyim namələrdə
Bir ürək, bir ox çəkirəm.

Duyğulara qəm qatmayaq,
Sevirəm mən, inan, səni,
Misraların arasında
Sevgin məhv edibdir məni…

Şeir: Yakub Içik
Tərcümə: Sima Ənnağı


Be Sociable, Share!

1 Yorum “Duyğularım Səndə Həbsdə için.. ”