PostHeaderIcon Duya Bilmədim Səni

Çalışdım Yollarına
Baxmaqdan doya bilmədim.
Könlümdən Keçənləri
Anlaya, duya biləm.
Duya bilmədim səni.

Dayandım yollarında
Yetim bənövşə kimi.
İstəyim çat-çat oldu
Daş dəymiş şüşə kimi.
Duya bilmədim səni.

Ürəyim fırtınalar
Qasırqalar adası,
Bu gizlin istəyimə
Nə deyirsən, qadası?!
Duya bilmədim səni.

Yanmışam həsrətinə
Ocaqda caca kimi,
Həsrətin elə sıxıb
Gəzirəm qoca kimi.
Duya bilmədim səni.

Gəldiyim cığırlara
Baxmaqdan gözüm axdı.
Bu necə qismət, yazı
Bu necə tale, baxtdı.
Duya bilmədim səni.

11.04.2003

Müəllif: Sərdar Zeynal

E mail:[email protected]


Be Sociable, Share!

Yorumlara kapalı..