PostHeaderIcon Dünya Özün Boyda Dərd Verdin Mənə

Dünya özün boyda dərd verdin mənə,
Bu yükü çiynimdə daşıyıram mən.
Götürsən bu yükü çiyinlərinə ,
Görərsən ah necə yaşayıram mən.

Dünya özün boyda kədər payını,
Sən mənim ömrümə tuş eyləmisən.
Süzüb badələrə mənim qanımı,
Mənim sağlığıma nuş eyləmisən.

Dünya özün boyda kədərin,qəmin,
Bir özün boydada göz yaşların var.
Necə qəribədir sənin aləmin,
Haqlı da,haqsız da savaşların var.

Dünya özün boyda dərd yuvasısan,

Bu evi uçurub,dağıtmaq olmur.
Sinəmi min yerdən yaralayıbsan,
Elə bir yara ki,sağaltmaq olmur.

Dünya özün boyda dərd okeanı,
Sonsuz fırtınalar ocağısanmış.
Yaxşı tanımazdım mən bu dünyanı,
Sən demə ilanlar qucağısanmış.

Müəllif: Habil Yaşar


Be Sociable, Share!

Yorumlara kapalı..