PostHeaderIcon Demokratiyanın harayı

(Yaxud Corc Buşa dedikləri)

Corc Buşun Əfqanıstan və İraqda apardığı müharibələr nəticəsində demokratik dəyərlərə inam azaldı və bir çox ölkədə demokratiya yadellilərin işğalçılıq niyyətlərini pərdələyən ideoloji silah kimi anlaşılmağa başlandı…

Bəsdir məni gilə-gilə
anaların gözlərindən axıtdığın,
qadınların namusuna ləkə kimi tanıtdığın,
həyata təhlükə kimi tanıtdığın
Bəsdir daha!

Milliyətə,diyanətə düşmən kimi yazildi adim,
İgidlərin yarasında sızıldadım
Bəsdir daha!

..Körpələrin laylası mən,
Şəhidlərin ağısı mən.
Zəiflərin qüvvəsi tək doğulmuşkən
zəiflərin şallax vuran ağası mən.
Məzlumlara təzyiq kimi yükləndiyim
Bəsdir daha!
Burnumda neftin qoxusu,
Canımda mərmi qorxusu
Hər yerə sürükləndiyim bəsdir daha!
Hər ölkədə bir konflikt havasına kökləndiyim bəsdir daha!
Pərdələnən haqları açmağa yaranmışkən,
İşğalçı niyyətlərə pərdə olduğum yetər!
Sülhün şəfəqlərini saçmağa yaranmışkən,
Sülhə,stabilliyə hədə olduğum yetər!
Yetər uçaqlarla havalandığım,
Hərbi gəmilərlə batdığım yetər.
Yetər dörd bir yana tank cürətiylə,
Raket sürətiylə çatdığım yetər!!!
Çox da ki
dörd bir yana səs salan musiqim var,
məni müşaiyət edir
avtomatlar,bombalar.
Əsgər qiyafəsində sıxılan vücudam mən,
“Qəlbərə zorla girmək”?-
Onsuz da yaranışdan qəlblərdə mövcudam mən…

…sadəcə zaman gərək,
xalqlara zaman gərək.
döyüşdən aman gərək.
Onlar məni tapacaq,
dağıtdığın yerləri quranda tapacaqlar.
Onlar məni tapacaq,
onlar məni İslamda ,Qur”anda tapacaqlar!

Müəllif: Sərxan Xəzər


Be Sociable, Share!

Yorumlara kapalı..