PostHeaderIcon Çətir

Çətiri
olmayan uşaqlar
buludlarla dil tapar,
yağışlara qarışar
göz yaşları…

sevmədən
ərə gedən qızlar
qandan başqa
bir şey
verəmməzlər ərlərinə

istəmədən
hamilə olanlar
ölüm gəzdirər bətnində
hər ölüm doğulanda
ağlayacaq Tanrı
göz yaşları
süzüləcək buludlardan
çətiri olmayan
uşaqların başına…

Müəllif: Cavidan


Be Sociable, Share!

Yorumlara kapalı..