PostHeaderIcon Bu şirin sözlərə inamım itib

Səslədim, səslədim, geri dönmədinhttp://i024.radikal.ru/0909/d7/99a2d99f4e9d.jpg
Qayıdıb gəlirsən indi nə fayda
Çağırdım, çağırdım, bir yol dinmədin
Səhvini bilirsən indi nə fayda.

Sən mənə buz oldun, mən sənə isti.
Alışan ürəyim incidi, küsdü,
Nə istək o istək, nə hiss o hissdi.
Üzümə gəlirsən indi nə fayda.

Vədəsiz yandırdın həsrət oduna,
Sinəmə dağ çəktin, nə deyim buna,
Günahkar özünsən, nə küs, nə qına.
Dərdimi bilirsən indi nə fayda.

Min qönçə arzumu sən çarpdın daşa,
Ömrümü vədəsiz çevirdin qışa,
Tənhalıq yar oldu mənə, get yaşa
Göz yaşın silirsən indi nə fayda.

Bu şirin sözlərə inamım itib,
Yerində mamırlı bir həsrət bitib,
Özünü qarşımda göstərmə müti,
Mənimçün ölürsən indi nə fayda.

20.12.2003

Müəllif: Sərdar Zeynal

E mail:[email protected]


Be Sociable, Share!

Yorumlara kapalı..