PostHeaderIcon Bu axşam

Səni gözləyirəm yenə bu axşam!
Bu axşam yolları sel-su dağıtsa,
bütün yer kürəsi dənizə batsa,
ALLAH insan olub dünyanı satsa,
Səni gözləyəcəm yenə bu axşam,
Səni gözləyəcəm, qarşımda da şam…

Bu axşam yağış da tökülsə hərdən,
Damlalar saçımda qaçışsa birdən,
Şamımın işığı sönmək istəsə,
əlimdən onunçün düzəldəcəm dam,
səni gözləyəcəm yenə bu axşam…

Yağış da danlayır məni elə bil,
damlalar danışır mənimlə dil-dil,
sən ALLAH gecikmə, bir az da tez gəl,
həsrətdən deyəsən dəli olmuşam,
səni gözləyirəm yenə bu axşam…

Müəllif: Zərdüşt Şəfizadə


Be Sociable, Share!

Yorumlara kapalı..