PostHeaderIcon Bir gün

Bir gün
girəcəm
Tanrının qılığına,
bilirsən də,
bunu hər şeydən
daha yaxşı bacarıram…
gülümsəyəcəm üzünə
dəli sevgilisi kimi
və O — Tanrı
həzzdən
gözlərini yumunca
oğurlayacam cibindən
sənə gələn
ölüm kartını…

Müəllif: Cavidan


Be Sociable, Share!

Yorumlara kapalı..