Azərbaycan Qadını
Gözləri saf bulaqsan
Ömrümüzə çıraqsan
İgidlərə dayaqsan
AZƏRBAYCAN QADINI.
Elin bərəkətlidir
Güllü təravətlidir
Təmizdir qeyrətlidir
AZƏRBAYCAN QADINI.
Namus,ismət adındır
Şöhrətin qanadındı
Ən müqəddəs qadındır
AZƏRBAYCAN QADINI.
Sən baharın özüsən,
Məhəbbətin gözüsən
Şairlərin sözüsən
AZƏRBAYCAN QADINI.
Müəllif: Hüsü