PostHeaderIcon Azərbaycan qızıyam

Azərbaycan qızıyam …
Azərbaycan qızıyam …
Adımı söyləyəndə xəyallarda canlanır
Başqasında olmayan o zərafət, işvə, naz,
Dünyada mənim kimi sadiq qadın tapılmaz…
Qəhrəman bir ananın qəhrəman övladıyam …
Azərbaycan qızıyam…
Azərbaycan qızıyam …
Zərif qadınlığımla , mən aslan tinətliyəm …
Qılıncıyla kükrəyən Nəbinin Həcəriyəm…

Koroğlu qeyrətliyəm…
Azərbaycan qızıyam…
Yanıqlı cəh cəhiylə ürəkləri dağlayan Çahargah segahıyam
Qazaxlı Ədalətin durnatelli sazıyam
Musiqi avazıyam…
Azərbaycan qızıyam..
Ellərə işıq saçan səadət mehtabıyam
Ləyaqət carçısıyam..
Kürqırağı çöllərin yaşılbaş sonasıyam
Ələsgər qoşmasıyam…
Azərbaycan qızıyam…
Dillərdə əzbər olan gözəllik incisiyəm…
Şənimə dastan olan Məcnunun Leylisiyəm
Sevgi əfsanəsiyəm…
Azərbaycan qızıyam…
Hüsnümə nəğmə qoşan Nəsimi qəzəliyəm
Bu şerin sənətin mən ilham pərisiyəm
Bir eşq bənövşəsiyəm…
Azərbaycan qızıyam …
Vətəndən ayrı düşmüş Qarabağ bülbülüyəm
Çarəsizlik gülüyəm…
El Oba xəstəsiyəm…
Azərbaycan qızıyam …
Bir milyondan çox olan didərginin ahıyam…
Siyasət qurbanıyam…
Azərbaycan qızıyam…
Keçmişdən gələcəyə paklığıyla yol açan
Əbədiyyət səsiyəm…
Azadlıq nəğməsiyəm…

Müəllif: Günel Quliyeva


Be Sociable, Share!

Yorumlara kapalı..