PostHeaderIcon Allahın tərifi

Ən ülvi, ən şirin sözlərim, Allah
Dünyanı ilk görən gözlərim, Allah
Adınla yazıram hər əsərimi
Sənsiz yazmamışam bir əsərimi.
Adınla başlayır səfərlərim də,
Duanla açılır səhərlərim də.

Dadlıdı, duzludu çörəyim mənim
Həmişə qəlbimdə sən varsan deyə.
Yoluna qoyulur bütün işlərim,
Mənim əllərimdən tutursan deyə.

Varlığım adında tutubdur qərar,
Qəribəm, qəribi yzağa qıyma.
Məni özüm boyda qaldır, İlahi
Sən məni özümdən düşməyə qoyma.

Biz harda görüşdük? Bu dünyuada biz,
Əbədi sakinsən düz ürəyimə.
Əllərim göylərə açılmır indi,
Əllərim açılır öz ürəyimə.

Sağalmaz dərdlərə bir əlini çək,
Küskün qəlbimizə hey diqqət eylə.
Allah, məni xoşbəxt eylədiyin tək,
Yurdumu, elimi sən xoşbəxt eylə.

Müəllif: Xankərəm


Be Sociable, Share!

Yorumlara kapalı..