PostHeaderIcon Allahın nə yaman pis imiş xətti…

Sevgini götürüb iynə-sap ilə
Sevgisiz ürəyə toxumaq olmur.
Allaha zəng vurub balansınızda,
Nə qədər ömür var yoxlamaq olmur!

Ümidin bitibsə ömür də bitdi,
Həyat dərdlə dolu bir labirintdi,
Allahın nə yaman pis imiş xətti,
Alnımın yazısın oxumaq olmur!

Müəllif: Qismət


Be Sociable, Share!

Yorumlara kapalı..