PostHeaderIcon Əlim

Doğmadı, yaddı bilməz,
Əldən tutandı əlim.
Bir anda Xızır kimi
Dada çatandı əlim.

Nə yerin, nə göyünəm.
Nəyim var ki, öyünəm?
Mən özüm ərköyünəm,
İpə yatandı əlim.
Kül deyil ki, sovrula,
Daş deyil ki, ovula,
Yüz danla, yüz də tovla,
Axı ətdəndi əlim.

Durub uzaqdan baxan,
Hənirtimə darıxan,
Odu gözümdən çıxan,
Yanan Vətəndi əlim.

Müəllif: Hafiz Hacıxəlil


Be Sociable, Share!

Yorumlara kapalı..