PostHeaderIcon Şengülüm, Süngülüm, Mengülüm

Şengülüm, Süngülüm, Mengülüm
Biri var imiş, biri yox imiş, Allah’dan başqa heç kim yox imiş.
Bir keçi var imiş, bu keçinin de üç balası.
Birinin adı Şengülüm,birinin adı Süngülüm, birinin de adı Mengülüm.
Bu keçi her gün gedib meşede ve çölde otlarmış.
Balaları da qapıları bağlayıb evde oturarmışlar.
Keçi otlamaqdan dönende qapının arxasından çağırarmış:
Şengülüm, Süngülüm, Mengülüm! Açın qapıyı, men gelim!
Ağzımda su getirmişem, döşümde süd getirmişem, buynuzumda ot getirmişem.
Bunu eşiden kimi balaları sevinib tez qapıyı açırmışlar
ve anaları onları doyuzdurub yene gedermiş çöle otlamağa.

Bir gün keçi gedince qurd gelib durur qapının dalında ve başlayır çağırmağa:
Şengülüm, Süngülüm, Mengülüm! Açın qapını, men gelim!
Ağzımda su getirmişem, döşümde süd getirmişem, buynuzumda ot getirmişem.
Balaları eyle bildi ki, bunları çağıran analarıdır. Tez qapını açdılar.
Qurd içeri girib Şengülümü, Süngülümü tutub yedi.
Ama Mengülüm qaçıb evin bir bucağında gizlendi.
Qurt onu görmedi.

Keçi düzü, çimeni otlayıb döndü evine
ve hemin sözler ile başladı balalarını çağırmağa.
Ama içeriden bir kes ona cavab vermedi.
Nece defe Şengülüm, Süngülüm deyib çağırdısa da,
ona cavab veren olmadı ve qapı açılmadı.

Âxirda özü qaranlıq bir bucaqda Mengülümü gördü.
Başlarına geleni Mengülüm anasına söyledi.
O zaman keçi çıxtı dovşanın damının üstüne ve ayaqları ile damı döydü.
Tovşan içeriden seslendi:
O kimdir?
Keçi cavab verdi,
menem, balalarımı sen mi yemisen?
Tovşan cavab verdi ki,
yox men yemedim, get tülküden xeber al.
Keçi getdi, çıxdı tülkünün damının üstüne ve başladı ayaqları ile döymeye.
Tülkü içeriden seslendi:
O kimdir, menim damımın üstüne çıxıb?
Keçi dedi,
menim balalarımı sen mi yedin?
Tülkü cavab verdi,
yox men yemedim, get qurddan xeber al.
Keçi getdi çıxdı qurdun damının üstüne.
Bu vaxıt qurdda bir qazan aşı ocağın üstünde bişirirdi.
Keçi damını döyende bunun aşının içine torpak döküldü.
Qurt bağırdı:
O kimdir damım üste toz töker samım üste?
Aşımı şor eyledi, gözümü kör eyledi.
Keçi cavab verdi:
Menem, menem, men paşa, boynuzum qoşa-qoşa.
Çıx dışarı, savaşa!
Qurd dışarı çıxdı ki, görsün ne var.
Keçi dedi:
Sen menim balalarımı yemisen, gelmişem seninle savaşam.
Qurt istedi boynundan atsın, ama atabilmedi ve keçi ile sert qoydular ki,
her ikisi bir yerde qazıya şikayet etsinler.
Keçi getdi evine, bir kasa qatıq çaldı
ve bir desterxan yağlı çörek bişirdi ki, qazıya pay aparsın.
Qurd da bir torbanın içine üç-dört noxut denesi saldı, üfürüb içini yel ile doldurdu.
Ağzını möhkem bağlayıb özü ile getirdi.
Geldiler qazının huzuruna.
Qazı keçinin payına baxdı ve çok beyendi.
Sonra qurdun getirdiyine baxdı.
Açıb baxınca noxudun biri atılıb qazının bir gözünü çıxardı.
Qazı işi bele kesdi ki keçi ile qurd savaşsınlar ve qurda da bir buynuz hazırlansın.
Qazı keçinin buynuzunu daha da keskin etdi.
Ama qurda da çürük bir ağaçdan bir buynuz düzeltdi.
Keçi ile qurd başladı savaşmağa.
Bir iki defe vuraşandan sonra qurdun buynuzu qırıldı ve keçi vurub onun qarnını yırtdı.
Qurd bağırdı:
Vay bağırsağım, vay!
Keçi cavabında dedi:
Şengülümü, Süngülümü yemeyeydin! Vay bağırsağım demeyeydin!


Be Sociable, Share!

Yorumlara kapalı..