PostHeaderIcon Payız Ömrüm

Artıq payız fəsli də gəldi…”Qızıl Payız” !Bu gün də əsil payız havasıdır. Havanı yağışlı, ağacları saralmış görmək cansıxıcı olsa da, bu il payızı sevməyə başlamışam.

Mənim xasiyyətim belədir! Bir anın içində 4 fəsil yaşaya bilərəm……….amma bu payız əvvəlki yaşadığım payızlara bənzəmir. Bu il yayın cırhacırında payıza fəslinə aid şer yazdım. Yayın istisində payız nəfəsli şer – havanın rəngarəng vaxtında saralmış hisslər. Bir də pəncərənin önündə yağışlar və yağış suları ilə islanmış yollara uzanıb gedən gözlər……..gözlərin içərisində dərin baxışlar…bu baxışlara yığılıb qalan cavabsız suallar…bəzən bircə baxışda bitər yaşamaq istəyi də, sevmək həvəsi də………..ağlına gələn zaman olar. Özünü aldadarsan, hər şeyin zamanın düzəldəcəyinə inandırarsan! Özünə vaxt vermək əslində səbr etməkdir………yalançı təsəlliləri səbr və vaxt çərçivəsində gizlətmək özünü ovutmaq deməkdir. Bircə bunu başa düşürəm ki, 22 il yox, özümü anlayandan bütün səbrlərimi zamanlar tükədib. İndi yenə də özümə vaxt verim?

Bilirsən belə havalarda insan bir başqa olur, payız havası başında, pəncərənin önündə yağışlar, saralmış yarpaqları seyr etmək, hərçənd saralmış yarpaqları seyr edə bilmirəm. Bilirsən, insan ömrü də belədir. Elə insanlar var ki, onların həyatı daha geniş olur: torpaqlı, səmalı, ulduzlu kainat kimi…bəzən sarala-sarala da yaşaya bilirsən……yox, buna mən yaşamaq deməzdim, türklər demişkən bu gücənməkdir, sonra yenə də aramsız yağışlar……..sonra fərqli düşüncələr…….sonra keçmişin bir parçası olan xatirələr……..üstəlik donmuş xatirələr…….bəzən çox həzin……….bəzən unuda bilməyəcəyin………..bəzən də həyatın boyu səni müşaiyət edəcək xatirələr. Sonra bu xatirələr haqqında düşünməmək istəyi……bəzən də bütün bunları heç xatırlamamaq arzusu…….Bəzən mənə elə gəlir ki, həyatımızın bir anı əbədi olaraq donub qalıb xatirələrin tük ürpədən səssizliyində……….bəzən isə bütün bunlar bircə anın içində gəlib keçər insanın gözləri qarşısından, sanki, kino lentinə yazılmış kino kadrları kimi……….sonra fikirləşərsən ki, hər şey keçmişdə qalıb və bütün bunların artıq heç bir mənası yoxdur və bu da səni çox incidər, yox incitməz ağrıdar!Bilirsən, bu ağrı başqa ağrılara bənzəməz! Nə ürək ağrısına, nə baş ağrısına, heç kədərin ağrısına da bənzəməz!……..deyəcəm heç sevincin ağrısına, sual verəcəksən sevincin də ağrısı olur? Amma sevincin də ağrısı olur, vallahi olur……….sonra başqa şey fikirləşirsən……ağlına ilk gələn ümidinin hələ də ölməməsi olar…….sonra nəyəsə ümid etməyə başlayarsan……..deyirlər ki, ümid sonda ölür………….amma mən belə fikirləşmirəm!Bu ümid ki var o hər şeyin lap, hələ lap başlanğıcında da ölə bilir………bu arada lap sözündən heç xoşum gəlmir, insan həyatında “lap” tez-tez işlənəndə, hər şeyi ya lap böyük, ya da ki, lap balaca görməyə başlayırsan……..nə isə bir az kənara çıxdığım üçün səndən üzr istəyirəm……..”səndən”ə də aydınlıq gətirim………bu özümə müraciət formasıdır. Sonra səni incidən insan haqqında fikirləşirsən……….sonra ağlına ilk gələn fikir bunlar olar…….”incimək, küsmək, ağlamaq və hər şeyə bir anın içində tüpürmək”……..bunun da bir faydası olmayanda özünü qınamağa başlayarsan……sonra özün-özünə deyərsən ki, eh neyləyim ki, mən beləyəm……….sonra fikirləşərsən ki, başqa cür də ola bilərəm………məsələn: ətrafımda baş verənlərə biganə yanaşmaq və yaxud biganə olmaq. Biganə olmaq-bu çox gözəl xüsusiyyətdir, yox əslində adətdir. Mən bu adətə yavaş-yavaş alışacam , hətta bütün insanlara, doğmalara, yaxınlara, dostlara da belə olacam……….!Bilirsən bunu nə qədər çox istərdim, amma yox bunu edə bilmirəm, axı mən özümü tanıyandan hər şeyə daha yaxın olmağa can atmışam. Nədənsə hamının sakit yanaşdığı hadisələrə mən daha çılğın yanaşmışam, deyəsən bu narahatçılıq hissi ömrümün sonuna kimi kölgə tək məni izləyəcək, amma nə edim beləyəm də………..bir az da daha çılğın, daha həssas, daha narahat, daha hər şeyi tez öyrənmək və bunu öz həyatına tətbiq etmək arzusu………sonra bu arzunun peşimançılıq nöqtəsi………..sonra dəlicəsinə istəyərsən həyatında olan bu dahaları silmək……bilirsən, insan həyatında nəsə az və nəsə çox ola bilər, amma bu iki sözün qarşısında daha olanda, başlayırsan dahalarnan yaşamağa, hər şeydən daha çox istəyirsən, bu olmayanda isə həyat müşkül olur. Eh!deyəsən heç dəxili olmayan şeylər yazdım, amma bu gün çox, həm də çox gərginəm, bəlkə payızda, ələxsus da yağışlı havalarda belə oluram, onu da deyim ki, 21 yaşımda yaşadığım payızla bu payız arasında fərq var, bu payız bir başqadır……….nə isə sənə kömək edə bilməyəcəm, bu gün sən də bir başqasan!

Müəllif: Aynurə Həsənova


Be Sociable, Share!

2 Yorum “Payız Ömrüm için.. ”

  • aynura diyor ki:

    Salam, bu mənim yazıdır, hətta seir də mənimdir, niyə müəllifin adının yazmamısını bilmək olar?

  • admin diyor ki:

    Adınız əlavə olunmuşdur.