PostHeaderIcon Nəm Çəkmiş Xatirələr, Qurumamış Duyğular Və Yağış

Əvvəl ümidlərimin üzərini örtən buludlar göy üzünü qaraltdı, sonra yağış yağdı……….ümidlərimi yuyub aparacaq deyə bir qorxu yarandı qəlbimdə…hələ də davam edir bu qorxu……..Hər şeyi atıb getdin bir tək xatirələri mənə buraxdın…….yağış yağmaqda davam edir……..Narın-narın yağan yağış öz nəğməsini oxuduqca bu nəğmənin ahənginə qoşulan xatirələrim çözələnib, məni öz ağuşuna aldı………..Yavaş-yavaş sənli, yaş xatirələrim quruyurdu……….amma bu gün (24 aprel) yenə də islandı yaz yağışında…….yağış elə yağdı ki, canlandı “o” xatirələr! Eh nəm çəkmiş xatirələr, qurumamış duyğular, yaş qalmış mənlik………İnsan daha nələr haqda fikirləşmir……..

Səni mənə xatırlatdığı üçün bir az küsdüm yağışdan…….amma bu uzun çəkmədi……..çox tez barışdım. Sonra bir az həyata küsdüm…….sənsizliyin necə ağır olduğunu və mənə sənsiz qalmağın mümkünsüzlüyünü xatırlatdığı üçün……..sonra qəlbimdə heç kəsin doldura bilməyəcəyi bir boşluğu xatırlatdı bu yağış…….nə isə……….Sonra insanlardan küsdüm…….sənin mənə aid olmadığını, başqa dünyaların insanları olduğumuzu isbat etməyə çalışdıqları üçün……….Bir az sonra gözlərimdən küsdüm………hər yoldan keçənin sən olduğunu zənn edib arxasınca qaçdığım və sən olmadığını görüb necə çarəsiz olduğumu anladığım üçün……….Daha sonra səni xatırladan hər şeydən küsdüm…….Səni ilk gördüyüm yerdən, əllərimdəki əllərinin izindən, heç zaman silə bilmədiyim xatirələrdən……Hər şeyi atıb getdin bir tək xatirələri mənə buraxdın. Niyə illər sonra hər şeyi unutdub, səni unuda bilmədim??? İndi özümdən küsmüşəm…….. hər gün özüm – özümü aldatdığım üçün…………. Hər şeydən küsdüm, sonda bir tək səndən küsə bilmədim………….Mənim üçün yağış xatirəyə çevrilən damcılardır……….Keçmişdə qalıb qaralan xatirələrim bu gün yenə yağış damcılarının səsi ilə bir nəğmə kimi səsləndi………..Yağışın səsini sevirəm……..istəyirəm yağan yağış öz sərin damcılarını üz-gözümə vursun………..saatlarla yağışın altında islanmaq istəyirəm…….Həə, düz eşitdiniz islanmaq……….əgər mənə dəli deməsəydilər…………saatlarla yağışın altında qalıb islanardım………..Yağış yağır…….. yenə yadıma sən düşdün, bağışla.


Be Sociable, Share!

Yorumlara kapalı..