PostHeaderIcon Bakıda Olsaydın Ürəyimdən Keçənləri Gözümdən Duyacaqdın!

Sənin haqqında danışmağımı istəsəydilər, bir ömür danışardım, amma yenə də bitməzdi. Suzmazdım bir dəqiqə………..səni anlatmaq üçün. Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər. Desəydilər yaz onu, yazardım ən gözəl şeirləri. Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədiklərini. Yazardım onu barmaqlarım yox olana qədər……………yazardım onu vərəqlər bitənə qədər……….Amma indi danışmaq yox, yazmaq istəyirəm onun haqqında……….o özü bunu istədi……….xətrini çox istədiyim, olduqca sadə, mənim üçün çox dəyərli bir insan haqqında yazacam. İnsan üçün ömrü boyu ən əziz şey həyatdır. O, adama bir dəfə verilir. Ona görə də elə yaşamaq lazımdır ki, mənasız keçirdiyin aylar, illər sonralar səni yandırmasın, peşman etməsin. Rəzil, mənasız günlər keçirdiyin üçün qəlbin göynəməsin, ürəyin sızıldamasın. Bu sözlər insanı əhatə edən şəxslərə də aiddir…………Bu şəxslərə sənin dostların, yaxınların, aiələn, sevdiyin şəxs varsa, o və.s daxildir…………Bil, mənim üçün çox dəyərlisən. Mənim üçün düşündüyündən də dəyərlisən………….Amma nədənsə həmişə ona elə gəlir ki, o məni çox istədiyi qədər, mən onu çox istəmirəm…………və çox üzürəm onu………..ola bilər incidirəm onu, amma bilərəkdən deyil…………sadəcə belə alınır. Deyirlər dost o insandır ki, sənin haqqında hər şeyi bilir…………onu yaxından tanıdığıma əminəm və onun haqqında xoş söz deməyə özümü haqlı sayıram. Belə inadla “səni tanıyıram” deməklə yəqin sən də razılaşarsan. 8 il az vaxt deyil insanı tanımaq üçün. Bu cür hallarda nida söz-cümlələri daha çox mənalar ifadə edə bilir. Təəssüratlarımı ifadə edəcək söz yoxdur. Yalnız neçə illik təəssüratlarımı bölüşə bilərəm. Yox, mənim saxta təriflər yağdırmaqdan heç xoşum gəlmir, sadəcə ürəyimdən keçənləri yazıram. Bəlkə də burda, Bakıda olsaydın ürəyimdən keçənləri gözümdən duyacaqdın! Amma təəssüf………Bu son aylarda onu çox düşünürəm. Maraqlısı odur ki, artıq keçmişdəki kimi deyil aramızdakı söhbətlər. Qəribə bir duyğudur……….Dostluq…………..Bu son günlər məni heç təkbaşına buraxmır. Əslində mən tək qalıb, fikirləşməyə və ya yazmağa başlayan kimi yanımda hiss edirəm onu……..Bəlkə hislərdə ona çox yaxınam, bəlkə elə ikimiz də insanlara və bizi əhatə edən insanlara qarşı eyni duyğularla baxırıq……..Bəlkə dəəəəəəə………Eyni dildə danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilər məncə.

Mənim üçün ən qiymətli eyni dildə danışmaqdan daha artıq, eyni duyğuları paylaşmaqdır. Ürəklərin eyni duyğularla çırpınması çox gözəldir, rahatlıq gətirir insana. Eynilik in­san duyğ­u­la­rı­nın, in­sa­nın ürək döyün­tülə­ri­nin yüksək ifa­də va­si­tə­si­dir. Gündə­lik həy­at­da in­sa­nın qəl­bin­dən ke­çən fi­kir və düşüncə­lə­rin, iz­ti­rab və kə­də­rin, se­vinc və nə­şə­nin hər bir şəx­sə yaxın olan ifa­də tər­zi­dir. İnsanların bir-birinə qarşı münasibəti o zaman möhkəmlənir ki, illər münasibəti zamanlarda möhkəmlədir, bərkidir, yumruq edir……..bütün dostluqlar köhnəldikcə möhkəmlənir. İnsan, öz duyğularının yaşadılmasına ehtiyac duyub həmişə……….Kəlmələrdə doğmalaşır insan duyuğuları…………..qulaqlar da insana doğma olan səslərə öyrəşir zaman zaman. Ayaqlarla qulaqlar arasındakı məsafə bir bədən boyundan çıxıb əsrlərin dərinliyinəcən uzanır…………..Dostluqlar da belə güclənir……..

İnsanlar doğulduqları dünyada ilk olaraq “harda olacağam və olmalıyam” – deyə bir teorem irəli sürə bilmədiklərindən, harda və necə yaşamaları, artıq taleyin işidir. O taleyin işi də bəzən insanları doğulduqları yerdən uzaq salır, başqa dünyalara qonaq edir…………İndi qürbət həsrəti çəkir “O”……….Buralar, indi “O”nun olmadığı bir yerdir. Bilirsən, tənhalıq qocaman şəhəri ruzigarın toz-torpaqla uğuldadığı dar bir küçəyə çevirir. İnsan üçün dəyərli olan insanlar onların yanında olmayanda insan həyatı da bu dar küçələri xatırladır……..Buralar həm də “onsuz” ağacların əcəli ilə yarpaq tökdüyü yeri xatırladır, desəm yanılmaram…………Hər şey beləcə tükənir………..Bir də tənhalığın bardaş qurub oturduğu gecələr vardır………… ömrüm iyirmi üçüncü yaşı ilə bağlı əlbəayaxa olana qədər elə hey nələrsə çıxıb gedim məndən……….Nələrsə həmişə bir yerlərdə qırılıb. Hmm……..bu da belə olsun…………..noolar ki?! Yenə dəliliyim tutdu deyəsən……..Çıx gəl artıq…….hər şeyi bir kənara qoyaq…………sən uzaqları…………mən olmuşları………….”Onsuzluq” dolu bu səssizlik yenicə başlayan yağmurun altında, donmuş baxışlara çevrilmiş təbəssümü olan bir uşağın qorxusuna bənzəyir………..Bilirəm gələcək……….bəlkə də bir az xoşbəxtliyimiz oldu…………nə edim xoşbəxtlik deyilən şey bu………ucundan, qulağından göstərilir hərdən. Eləcə biz də hərdən- hərdən yaşayırıq……….qırıq-qırıq, sınıq-axsaq……………Beləcə keçir “onsuz” günlər……….Hələ gəlməyib, amma deyir ki, gələcək. “Onsuzluq” öz səssizliyi ilə iyrəndirir adamı buralardan………..bir gəlsə………..Bir az çətin buraların yol bayırı, havası, səssiz küçələri, darıxdırıcı insanları………….bir küçəlik şəhər, necə dəə bezdiricidir.


Be Sociable, Share!

Yorumlara kapalı..