Mayıs, 2010

PostHeaderIcon Dəli kimdi, ağıllı kim?!

Bir dəlininhttp://s001.radikal.ru/i196/1001/52/7e88250fd4dd.jpg
bir quyuya atdığı daş
neçə-neçə ağıllını
işə saldı.
Dəli vurduğu düyünü
ağıllılar dişə saldı.
Dəlilərin dərdini də
ağıllılar çəkir guya.
Səni dağıl, belə dünya!
Bombaları kim yaratdı?
Ağıllılar.
Top-tüfəngi kim düzəltdi?
Ağıllılar.
Yanğınları, qırğınları kim törətdi?
Ağıllılar.
Indi gəl,
zavallı insan,
dəlilərin dəliliyinə,
ağıllıların ağlına inan!..

Müəllif:
Ziyəddin Səlim

PostHeaderIcon Qurban Bayramlı şeirleri

Bu da sərhəd, ehtiyacın son ucu,http://s003.radikal.ru/i202/1005/b9/3ef32581740a.jpg
İnnən belə məddahlıq və dəlilik.
Bu dünyanın əl çatmazdı əlacı,
Adam kimi yaşamağa, hələlik.

Adam kimi yaşamaqdan savayı,
Əl çatası əlacları havayı.
Məddahlıq və dəliliyin o tayı,
Ölüm deyil, köləlikdi, köləlik.

Qaysaq tutan yaraları qaşıyın,
Beş günlükdü, sökün, yığın, daşıyın.
Bu dünyada ölmək üçün yaşayın,
Biz də gedib yaşamaqçün ölərik.
28.03.2005
***
Arzum elə ün yetməzdi… nə vaxtdı,
Ruhum çatar, əlim çatmaz uzaxdı.
Zaman kəsib, məkan kəsib yolumu,
Uç salama ruhum, durma di vaxtdı.
19.01.2009

Havasız otaq

Nəfəsini elə qısıb içinə,
Havası yox, az qalıb ki, keçinə.
Avqust 2009
***
Qorxuram gözlərimdən
qəlbimə közün düşə,
Yumuram ki, keçəsən.

Qorxuram dodağımdan
dilimə sözün düşə,
Susuram ki, keçəsən.

Qorxuram əllərimdən
ovcuma izin düşə,
Sıxıram ki, keçəsən.

Qorxuram bir gün gələ
könlümə nazın düşə,
Soruşam ki, necəsən?
12.10.2009

Vicdanın səsi

Kiçilərsən, kiçilərsən, dibinəcən kiçilərsən.
Biraz da dözsən əgər,
hava gələr başına – oyun havas,
Çalarsan öz havanı, oynayarsan havana.
Sümüyünə düşməsə,
əgər havan çatmasa
çıxa bilsən özündən, bu səbirdən, dözümdən
çıxıb havalanarsan.
Baxa bilsən kənardan çıxdığın o özünə,
Tanımazsan özünü, çevirərsən üzünü.
Qaçıb getmək istəsən, ilişərsən özünə,
yıxılarsan içinə…
Hər yan zülmət, qaranlıq…

Sonuncu nəfəsiynən,
Yaşamaq həvəsiynən,
Tanrının öz səsiynən
Bir səs gələr içindən – imdad səsi.
Gələsi kimin var ki,
Gəlsə yazığın gələr,
Tanıyarsan özünü,
Qınayarsan özünü.
Yazığın gələ bilsə
içindəki o zülməti öyüyərsən,
Baş qaldırıb yenidən
böyüyərsən, böyüyərsən,
özünəcən böyüyərsən.
Qayıdarsan özünə.
11.11.2009
***
Sən arzusan,
Mən arzusu ürəyində qalan.
Sən ruzusan,
Mən ruzusu dizi üstdə olan.
Sən quzusan,
Mən yalquzaq – sərgərdan dolanan.
Sən yazısan,
Səni əzbər bilən aşiqlərin
Oxuduqları hər sətir yalan.
Mənəsə bu günüm kimi aydın,
Sabahlarım kimi ala-toran…
06.12.2009
***
Bu gün hər şeyin sonu,
Hər şey yenidən başlanır bu gün.
Bircə addım atmalıyam irəli,
bircə addım.
Bir addıma qurban verib
atdım, hər şeyi atdım.
Bir mən qaldım,
bir arzum.
Bir də atacağım addım.
Görən indi hansını atım?
11.12.2009

Ay

Mən yer kürəsi, sən günəş.
Hərdən sənə “od” qoyuram,
Yanıb məni də yaxasan.
Mən səni tapandan bəri
Ulduzların arasından,
Qorxuramki axasan.
Bilirəm ki, mənim kimi
başına dönənin çoxdu,
Soyuq-soyuq dolananı,
Hənirindən közərəni,
Yanıb külə dönəni var.
Dolanıram başına,
Mənim də başıma
dolananım var.
Sən mənə həyat vermisən,
Mən ona nəfəs verə bilmirəm.
Gündə səninləyəm,
Ayda onunla.
Heç kəsin əli çatmasa da
Sən hamınınsan.
O isə yalnız mənə məxsusdur.
07.12.2009

PostHeaderIcon Gözlərimin salamı

Gözlərimin salamıhttp://s003.radikal.ru/i202/1005/b9/3ef32581740a.jpg
Gözlərinə çatdımı?
Ürəyimdən keçənlər
Ürəyinə yatdımı?

Ötdü qışı, baharı,
Fəsillər oldu yarı.
Duydunmu sənə sarı
Atdığım hər addımı?

Bəsdi, özünü az yor,
Bilmədiyin varsa sor.
Mən gedirəm, yoxla gör
Qurbansız rahatdımı?

15.07.2009

Müəllif:Qurban Bayramlı

Ara