Ocak, 2010

PostHeaderIcon Pahalı çikolata kutusu

http://s004.radikal.ru/i206/1001/97/be2b95da3259.jpg

Yazar: Eyvaz Zeynalov

Kiymetli arkadaşlarım size pahalı bir çikolata kutusunun başına gelen qarip durumu anlatacağım. O, bayram münasebetiyle çikola- ta fabrikasında doldurulmuş en güzel, en pahalı çikolata kutuların- dan biriydi. Küçük, güzel bir kızın doğum gününe hediye olarak getirmişlerdi…
Müsafirler hala dağılmamıştı. Doğum günü kutlanan küçük, sevimli kız gözden kayb olup hediyelerin konulduğu odaya geçti. Çeşitli çikolata, şeker kutularının arasında pahalı çikolata kutusu dikkatini daha fazla çekti. Kapağını kaldırdı. İçindeki çikolatalardan birini alarak yedi. Çok tatlı, çok lezzetliydi…
Annesiyle babası kızın bu hareketini begenmedi. Ancak kız çok iyi biliyordu ki, çikolata ku¬tusunu görür görmez onların da ağızlarının suyu akacak. Onlar ise tamamen başka fikirdeydi¬ler.
Anası pahalı çikolata kutusuna bakarak dedi:
- Bir meclisin en güzel yerine layıktır. Dosta tanışa götürürüz, yüzümüzü ağartır.
Babası kutuyu bir o tarafa bir bu tarafa çevirdi, altına baktı. Bekleme suresi yazılmıştı, ama yazı iyi okunmuyordu.
- Belki eskidir, – dedi, – çok saklamak olmaz?..
Annesi:
- Onlar bize eski çikolata getirmez, – dedi.
Sonra kutunun içindeki çikolatalar sallanıp bir birine karışmasın diye nispeten ucuz çikola¬ta¬lardan bir tanesini kızın yediği pahalı çikolatanın yerine koydular. Ağzını evvelki gibi yapışka¬nıyla yapıştırdılar. Açıldığı katiyyen bilinmiyordu…
Bir günü pahalı çikolata kutusunu yeni eve taşınmış dostlarına ev görmeye götürdüler…
Böylece, pahalı güzelim çikolata kutusunun kara günleri başladı. Ev ev geziyor, elden ele do¬laşıyordu. Her defa da bekliyordu ki ucuz şeker kutuları gibi onun da ağzını açacaklar, içinde¬ki tatlı çikolataları yiyecekler. Ancak pahalı olduğu için hiç kimse ona kıyamıyordu. Elden ele do¬laşıyordu. Sadece ona sarılan qazete ve kağıtlar, torbalar degişiyordu…
Artık buzdolaplarının içinde saklanması da fayda etmiyordu. Çikolatalar yavaş yavaş bo¬zul¬maya başlamış, kurtlanmışdı. Pahalı çikolata kutusu şimdi kendisini evden eve gezdiren, her şeyden habersiz adamların içindekileri yememesinden utanıyordu. Onların yüzünü ağarta ağarta kendisinin yüzü kara olmuştu…
Gün geldi, pahalı çikolata kutusu başka bir mahelleye seyahata çıktı. Lakin orada da ona rahat vermediler…
Pahalı çikolata kutusu dönüp dolaşıp yeniden önceki mahallesine; hatta önceki evine dön¬dü. İlk o eve geldiginden bu yana tam bir yıl geçmişti. Küçük, sevimli kız bir yaş böyümüştü. Pa¬halı çikolata kutusu sayısız hesapsız evler, çeşitli markalardakı buzdolaplarını gezmiş ve yeniden o sevimli kızın doğum gününe gelmişti…
Kız pahalı çikolata kutusunu görür görmez tanıdı. Koşarak annesine:
- Anne, biliyor musun, bizim çikolata kutusu geri döndü, – dedi.
Annesiyle babası da bu işe şaşırdılar. Nihayet, kutuyu açtılar. Çok garip idi, kurtlar pahalı çikolataların hepsini kemirip yemiş, sadece sonradan konulmuş ucuz çikolataya dokunmamışlar¬dı. Meger, onlar da ağızlarının tadını bilirmiş…

Ankara, “Kardeş kalemler”, Şubat, 2009

Türkçe çeviri: Ömer Küçükmehmetoğlu

PostHeaderIcon İlk məhəbbət (hekayə)

http://s004.radikal.ru/i206/1001/97/be2b95da3259.jpg

Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın da­yan­dığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.

Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:

- Harda qaldın, Rasimə?.. – Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.

Rasimə üzünü səs gələn tərəfə çevirib:

- Gəlirəm, – dedi və əlindəki çaydanı krantın altına tutdu.

Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lə­nət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı. Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı. Günlərin birində Zərifə xala­nın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi… Bir səhər də durub gördülər ki, heç kim yoxdu. Camaat necə birdən gəlmişdisə eləcə də birdən çəkilib getmişdi. O vaxtdan o kişi bir də həyətdə görünmədi…

- Zərifə xalanın kişisi necə oldu, ana?.. – Bir dəfə balaca Ədhəm soruşdu.

- Öldü, bala. – Anası hüznlə bildirdi. – Yazıq xəstəydi…

“Ölmək” sözünün mənası Ədhəmə sonralar, tədricən çatdı…

Zərifə xalanın bir oğlu da vardı. Evliydi. Şəhərin başqa yerində yaşayırdı. Atası dünya­sı­nı dəyişəndən sonra neçə dəfə anasını yanına aparmaq istəmişdi, arvad razılaşmamışdı…

Ədhəm məhrəba ilə qurulana-qurulana pəncərədən boylanıb krantın üstünə bir də bax­dı. Rasimə çağırılan qız dabanıəzik tuflilərini taqqıldada-taqqıldada xırda addımlarla Zərifə xalanın evinə girdi. Qapının güllü pərdəsini arxasınca saldı. Çəkib yanlarını düzəltdi…

Anası çörək doğradığı bıçağı kənara qoyub Ədhəmi tələsdirdi:

- Gəl otur, bala, yeməyini soyutma. Məktəbə gecikərsən.

Ədhəm stol arxasında soruşdu:

- Ana, Zərifə xalanın evindəki qızlar kimdi?..

- Zərifə xalayın kvartirantlarıdı. Sən dayıngildə olanda yığışıblar.

- Zərifə xalaynan bir yerdə qalacaqlar?..

- Yox, özü daşındı oğlugilə. – Anası nə bilirdi onu da əlavə etdi. – İki bacıdılar. Bö­yüyü institutda həkimlik oxuyur, bu il qurtarır. Sən görən kiçiyidi. İkinci kursda, müəllim­likdədi…

* * *

http://s56.radikal.ru/i154/1001/d9/7e11a3a1f83f.jpg

Həmin gündən Ədhəm daxilində nəsə qəribə dəyişikliklər hiss etməyə başladı. Qəl­bin­də o günə qədər duymadığı, yaşamadığı yeni, qeyri-adi hisslər oyanmışdı. Rasimə evdə olan­da Ədhəm gözünü bayırdan çəkə bilmirdi. Baxışları bacıların girib-çıxdığı qapı ilə su krantı arasında əsir-yesirdi. Su hər şırıldayanda dik atılırdı. Yalvarırdı ki, suya gələn Rasimə olay­dı…

Rasimə instituta birinci növbə, Ədhəm isə məktəbə ikinci növbə gedirdi. Qızı bir səhər­lər görürdü, bir də axşamlar. Əvvəllər gün çıxar, qalxardı bir boy, iki boy … qızardı. Ədhəm gözünü açmaz, yatağından qalxmazdı. Anası elə hey gileylənərdi:

- Tayların nə vaxtdı durub. Sən hələ yuxu bişirirsən. Kimə oxşadın, ay bala, belə tən­bəl, yatağan…

İndi bu giley-güzara son qoyulmuşdu. Günün yeri çırtlamamış sehirli bir əl Ədhəmi çə­kib yorğanın altından çıxardırdı. Duran kimi də həyətə yenirdi. Nəfəsi kəsilənə qədər qaçır, həyəti dörd dolanır, əl-qolunu oynadır, atılıb-düşürdü. Dönə-dönə krantda yuyunurdu…

Hamısı Rasiməyə görəydi. Səhər-səhər onu görmək, nəzər-diqqətini cəlb etmək, qum­rov kimi cingiltili, məlahətli səsini eşitmək üçündü. Pis oydu ki, Ədhəm qızla üz-üzə, göz-gö­zə gəlməkdən çəkinirdi. Əksər hallarda Rasimə həyətdə görünən kimi yox olurdu. Hardasa daldalanır, ona kənardan oğrun-oğrun, gizlicə tamaşa edirdi. Qızla bir-iki kəlmə kəsən kimi utanıb özünü-sözünü itirirdi…

Bir dəfə Rasimə ağızucu maraqlandı ki, nə əcəb səhərlər yuxudan belə tez durur? O ki, ikinci növbədi? Ədhəm əvvəlcə çaşdı. Sonra ağlına gələn ilk fikri dedi:

- Adət eləmişəm… – Tez də həyət-bacaya göz gəzdirdi ki, görsün eşitmədilər.

Qonşuları Hüseyn əmiyə nə desin! Aradan heç ikicə gün keçmədi Ədhəmin paxırını aç­dı.

- Bu kişi qırığıyın qulağına səs dəyib-nədi, ay Səlbi? – dedi. – Qabaqlar onu linglə qal­dı­rardın, indi xoruz banına oyanır…

Rasimənin bir qulağı onlardaydı, hamısını eşidirdi.

Anası güldü.

- Nə bilim, ay Hüseyn qardaş, yəqin indi-indi ağlı kəsir. Deyir, müəllimimiz tapşırıb ki, səhər-səhər tez durun, təmiz havada idman eləyin, xeyirdi…

Ədhəm özündən uydurmuşdu. O da vardı ki, idman müəllimi bunu elə həmişə deyirdi…

* * *

Bir zaman Zərifə xala qapısının ağzındakı skamyada oturub bütün günü corab toxuyar­dı. İndi onu həmin skamyada bacılar əvəz etmişdi. Böyük bacı həyətdə az-az görünərdi. O da Rasiməynən. Özünü ağır tutardı. Rasimə belə şeylərə fikir verməzdi. Gün batan kimi əlində kitab qapının ağzında peyda olardı. Yaxşı da eləyərdi. Həyətdə çəkinməli adam yoxdu. Kişi adına bir Ədhəmin atasıydı, bir də Hüseyn əmi. Onlar da neftçiydilər, neft mədənlərində işlə­yir­dilər. Səhər gedib axşam gəlirdilər. Hətta bəzən günlərlə itib-batırdılar…

Ədhəmgilin evinin qabağında bir tut ağacı vardı. Tut vaxtı allahın verən günü Ədhəmi onun kəlləsində görərdin. Tut çoxdan sovulmuşdu. Ədhəm yenə onun üstündəydi. Qaranlıq qarışan kimi balkondan adlayıb sıx budaqların arasında yerini rahatlayardı. Sanki filmə bax­mağa hazırlaşardı. Bu “film” dünyada ən maraqlı filmdi. Bircə də qəhrəmanı vardı: Rasimə! Ədhəmə elə gəlirdi ki, ömrü boyu bu filmə eyni həvəs, eyni maraqla baxar, doymaz! Çün­ki Ədhəm hər axşam bu “filmdə” özü üçün nəsə bir yenilik, təzəlik kəşf edər, tapardı…

Hərdən ehtiyatsız dəbərib budaqları tərpədəndə Rasimə diksinərək başını qaldırıb alt­dan yuxarı tut ağacına sarı boylanardı. Bir şey görməyib gözlərini təzədən kitaba dikərdi. La­kin bəzən qız budaqların tərpənməyini vecinə almazdı. Ədhəm bununla təyin edərdi ki, oxu­duğu kitab maraqlıdı, ya yox…

Rasimə dizdən yuxarı, qapılarının pərdəsi kimi güllü xalat geyinərdi. Oturanda ətəyi bir qarış yuxarı qaçardı. Qəşəng, şümşad kimi düz, uzun qıçları bayırda qalardı…

Növbəti dəfə yanından ötəndə Rasimə Ədhəmi saxlayıb yenə sorğu-suala tutdu:

- Neçənci sinifdə oxuyursan? Dərslərindən neçə alırsan?..

Ədhəm qızın bircə sualına cavab verə bildi. Dedi ki, səkkizinci sinifdə oxuyur. Qalan su­allarını, sözlərini heç eşitmədi. Çünki baxışları qəfildən qızın nəfəs aldıqca ahəstəcə qal­xıb-yenən ağappaq, mərmər sinəsinə sa­­taşdı. Güllü xalatının açıq düymələri arasından sürü­şüb içəri düşdü. Oğrun-oğrun, hürkək-hürkək. Başı gicəllənmiş kimi sinəsi aşağı yuvarlandı…

Ədhəm tez üzünü çevirdi. Rasimənin qıyqacı baxışları çatıldı. Qoşa badam içi dodaqla­rı kipləşdi, yenidən açıldı.

- Üzünü yana niyə tutdun? Olmaya məndən utanırsan?..

Ədhəm üzünü təzədən qıza tərəf çevirdi. Baxışları istər-istəməz bayaq iz saldığı yerlər­də gəzdi. Yenə tab gətirmədi. Bu dəfə başını aşağı saldı. İkinci oda düşdü. Rasimənin kruje­va­lı ipək alt köynəyi, dizdən yuxarı açıq qıçları baxışlarını yandırdı, cızıldatdı…

Aman allah! Qız bütün bunları indicə hiss etdi və cəld əlini yaxasına apardı, sinəsini ört­­dü. Xalatının ətəyini çəkişdirdi.

- Bağışla… – Pıçıldadı.

Ədhəm qıpqırmızı qızardı. Yanaqları, qulaqları od tutub yandı. Dayana bilməyib evləri­nə qaçdı. Neçə gün Rasimənin gözünə görünmədi…

* * *

Otağın baş tərəfindəki bədənnüma aynanın qarşısında Rasimə daha sehrli, daha cazibə­dardı. İki Rasimə üz-üzə, göz-gözə dayanardı. Bir-birilə bəhsə girərdi. Bir-birinə naz satardı. Biri uşaq kimi dodağını büzər, gülə-gülə dilini çıxardar, saçı ilə oynayar, yüz fason göstərər­di. O biri ondan geri qalmazdı. Sonra Rasimə oxuyardı. Həmişə də eyni mahnını, eyni sözlə­ri. Elə bil başqa söz bilməzdi.

Qurbanlıq istəsən,

Yar, deyim özümü…

Ədhəm onun zərif, məlahətli səsində bir həzinlik də tapardı. Danışığında bu yox idi. Oxuduğu mahnıdan süzülərdi. Bir də, Ədhəm yalnız həmin anlarda bilərdi ki, Rasi­mə­­nin ay­na­ya baxa-baxa oxuması təsadüfi deyil. Qız səsini də orada görürdü…

* * *

Rasiməgilin otağındakı işıqlar tez sönərdi. Amma gecə lampası hələ bir müddət yanar­dı. Bacılar bu lampanın işığında siluetlərə dönərdilər. Siluetlər otaqda o baş-bu başa hərəkət edər, nəyisə götürüb-qoyar, kölgələri divarlarda oynayar, nəhayət, yataqlarını açıb soyunardı­lar…

Ədhəm bunların hamısını bacıların pəncərəyə vurduqları yarımka pərdənin üstündən gö­rər, maraq oduna yanardı. Ürəyi az qalardı sinəsini deşib çıxsın. Hər dəfə ona elə gələrdi ki, bax, indicə nəsə olacaq … nəsə … Lakin gecə lampası da gözünü qırpar və hər şey qurta­rar­dı. Daha doğrusu, yarımçıq qalardı…

Ən qəribəsi, Ədhəm məyus olmaqdansa sevinərdi. Niyə? Özü də baş açmazdı. Əlləri, ayaqları, bütün bədənu əsə-əsə, uçuna-uçuna ağacdan düşərdi. Düşəndən sonra da hələ nə qə­dər o anların həyəcanını yaşayardı…

Yorğan-döşəyində kirpikləri qovuşan kimi hər şey təzədən təkrarlanar, “gecə seansı” başlanardı. Yenə Rasimə qapının ağzındakı skamyada əyləşib kitab oxuyardı, aynanın qaba­ğında dayanıb yüz fason çıxardardı və yenə gecə lampası göz qırpardı… Ədhəmin gündüz gör­dükləri ilə gecə gördükləri bir-birinə qarışardı. Elə qarışardı ki, hansını nə vaxt gördüyünü ayırd edə bilməzdi…

* * *

Ədhəm yenə yoxa çıxmışdı. Anası Səlbi pəncərədən üzü qaranlığa nə qədər boylandısa bir şey seçə bilmədi. Həyətin o başında Rasiməgilin lampaları da söndü. Aşağıda, pəncərədən düşən işıq zolağında Səlbinin iri, yöndəmsiz kölgəsi daha da qatılaşdı.

- Ədhəm, ay Ədhəm!.. – Səlbi əlacsız qalıb oğlunu bərkdən harayladı.

Ancaq cavab almadı. Birdən tut ağacının pəncərəyə doğru uzanan budaqları tərpəndi. Səlbi başını qaldıranda nəsə bir qaraltının ona tərəf irəllədiyini gördü. Əvvəl qorxdu, sonra Ədhəmi tanıyıb təəccübləndi.

- Gecəquşusan, a bala? Ağacda nə gəzirsən?..

Ədhəm ağır-ağır, ehtiyatla budaqdan-budağa keçərək pəncərəyə adladı. Lal-dinməz, key-key anasının üzünə baxdı. Sonra içəri atıldı. Dayanıb yenə həmin baxışlarla gözünü döy­dü…

Səlbi bu müəmalı, anlaşılmaz baxışlardan ehtiyatlandı. Ədhəmin başını yüngülcə sinə­si­nə sıxdı. Saçlarını sığalladı. Titrək əllərini tutub ovcunda saxladı.

- Xəstəsən, Ədhəm?.. – Soruşdu.

- Yox… – Ədhəm handan-hana dilləndi.

- Bəs niyə qızdırmalı adam kimi uçunursan? Rəngin-ruhun da qalmayıb. Ağacda nə­əzir­din gecənin bu vaxtı?..

Ədhəm öz hisslərinə görə anasından utandı. Qulaqlarının yavaş-yavaş istilənib yanma­sından qızardığını anladı. Anasının qollarını aralayıb yataq otağına qaçdı. Tezcə də soyunub yatağına girdi. Səlbi də daha heç nə soruşmadı…

Ədhəm qaranlıqda anasının yüngül ayaq səslərini eşitdi. Sonra da çarpayısı cırıldadı. Ba­şa düşdü ki, atası evdə yoxdu. Atası gecə növbəsinə gedəndə Səlbi adətən onun otağında yatardı…

Otaq bir müddət gecənin qaranlıq sükutunda üzdü. Nəhayət, bulanan göl kimi tədricən durulmağa, aydınlaşmağa başladı. Daha doğrusu, Ədhəmin gözü qaranlığa alışdı.

- Ana, eşidirsən?.. – Yastığına dirsəkləndi.

- Hə… – Anası səsinə səs verdi.

Bir-birinin sifətini yaxşı seçmirdilər. Bəlkə elə buna görə Ədhəm cəsarətliydi.

- Ana, ömründə heç bircə adamı sevmisən? Amma gülmə, haa!..

Cavab bir az gecikdi. Səlbi fikirləşirdi.

- Daha gülmək niyə, oğlum? – Dedi. – Bax, səni, atanı sevirəm. Sağlığında anamı çox se­virdim…

- Elə sevmək yox ey… – Ədhəm anasının sözünü kəsdi. – Mən əsl məhəbbətdən danışı­ram…

- Bəs mənim məhəbbətim əsl məhəbbət deyil, oğlum?..

Ədhəmə elə gəldi ki, anası incidi. Nə qədər fikirləşdisə demək istədiyini çatdırmaqçün münasib söz tapmadı. Bir də Ədhəm bu mövzuda anası ilə ilk dəfəydi danışırdı. Sıxılırdı. Nə­hayət, çətinə düşən adam kimi mızıldandı.

- Məhəbbətdi e… Amma mən o kinolarda olur haa…

- Hə, aydındı… – Anası şuxluqla güldü. – Məgər biz atanla bir-birimizi lap elə o kinolar­dakı kimi sevmirik?..

Ədhəm nəsə xatırlayıb bu axmaq suala görə özünü danladı. Axı atası ilə anasının bir-bi­rini necə sevdiyini yaxşı bilirdi. Ondan bilirdi ki, haçansa atası anasının bir cüt hörüb çiyin­ləri aşağı arxaya atdığı saçlarını sığallayaraq demişdi:

- Sənin bu buruq-buruq saçların nədənsə mənə həmişə bizim neft buruqlarını xatırladır, Səlbi…

Bax onda Ədhəmə elə gəlmişdi ki, anası bu bənzətmədən bərk inciyəcək. Axı anasının ətirli, ipək kimi saçlarını mazutlu  buruqla necə müqayisə etmək olardı? Çox da atası üçün o mazutlu buruqlar da anası, onun ətirli ipək saçları kimi əzizdi. Çox da kənardan baxanda ana­sının hörükləri o mazutlu neft buruqlarına, doğrudan da, bir az oxşayırdı…

Lakin anası bircə qram da inciməmişdi. Əksinə, atasının üzünə baxıb xoşbəxt-xoşbəxt gülümsəmişdi. Ədhəm də başa düşmüşdü ki, onlar bir-birini həqiqətən sevir. Əsl məhəbbətlə sevir. Lap kinolardakı kimi!..

O axşam Ədhəm də xəyalən saçlarını çiyinləri aşağı tö­kərək Zərifə xalanın qapısı ağ­zın­dakı skam­yada oturub kitab oxu­­yan Ra­­si­mə­ni Xəzərin sahilində, bulvarda gördüyü məc­nun söyüdlərə oxşat­dı. Hansı ki, se­vən­lər onların altında görüşər, bir-bi­ri­nə ürəkləri­ni açar, baş-ba­şa verib pıçıldaşmaqdan doy­maz­­dılar. Əd­həmin ən bö­yük arzusu günlərin bir günü Ra­si­mə ilə o söyüd­lərdən birinin altında görüş­mək, sevişməkdi…

Ədhəm bilmədi Rasimə onun bu bənzətməsini eşitsə, anası bir zaman atasının bənzət­mə­si­ni eşidib üzünə xoşbəxt-xoşbəxt gü­lümsədiyi kimi gülümsəyərdimi?..

- Ana, deyim, mən kimi sevirəm?..

Ədhəm özü də bilmədi bunu nə vaxt ağzından qaçırtdı.

Anasının çarpayısı cırıldadı.

- Kimi, Ədhəm?..

Ədhəm maraqla ona qulaq kəsilən anasına tərəf döndü.

- Rasiməni… – Dedi, tez də yorğanı başına çəkdi.

- Kimi? Rasiməni?.. – Anası təkrar soruşdu. Sonra şən-şən, ürəkdən güldü.

Ədhəm başını yorğanın altından çıxartdı.

- Niyə gülürsən, ana? Pis qızdı?..

- Yox, qəşəng qızdı!.. – Anası o saat ciddiləşdi. Ədhəm də inandı ki, anası bunu sidq-ürəkdən deyir. – Kaş böyük oğlan olaydın, Ədhəm! Rasiməni sənə alardım. Həyətimizdə bir toy çaldırardıq ki!..

Ədhəm o gecə ilk dəfə Rasimə ilə özünün toyundan bəzi şeyləri fikrində canlandırmağa çalışdı. Nə qədər baş sındırsa da doğru-dürüst heç nə alınmadı. Eləcə yuxuladı.

Yuxusunda da ilk dəfə sübhəcən toy gördü. Həyətlərində elə hey toy çalındı. Qəribə bu­rasıydı ki, toyxanada Rasimə ilə yanaşı əyləşən Ədhəm deyildi. Qonşu məhəlləli oğlandı. Hansı ki, bu yaxınlarda evlənmiş və Ədhəm onun paxıllığını çəkmişdi. Rasimə də heç Rasi­məyə oxşamırdı. Məcnun söyüddü ki, durmuşdu. Başında da qardan ələnmiş ağappaq gəlinlik örpəyi…

Müəllif: Eyvaz zeynalov

PostHeaderIcon Sevda

http://i063.radikal.ru/1001/92/a1a40e4f9374.jpg

Müəllif: Ahmet Yalçınkaya

Mən hər səhər bu yolun başına gəlirəm
keçəcəksən deyə buradan
gözləyərəm, gözləyərəm və gözləyərəm…

Uzaqda göründüyündə
qəfəsinə sığmaz ürəyim,
lalələr açar içimdə…
izah edilməz bir istilik bürüyər bədənimi
təpədən dırnağa yanaram…
yolda kim var kim yox görməm, görə bilməm.
ağacları görməm
və sən yaxınlaşdığında
donar qanım, donar dərrakəm
donar canım…

Keçib gedersən,
ha varım mən ha yoxum
umurundamı sənin, dünyanın
ya da günəşin

Evimə döndüyümdə
bir xəyali daşıyaram mənliyimlə…
səbəb var yenə
qaranlıq və soyuq gecəni sovuşdurmağa
bir səbəb daha sabaha çıxmağa,
yenə qaçacağam ertəsi səhər
eyni yolun başına…

Tərcümə edən: A. Edip Yazar

PostHeaderIcon Şirin Yuxu

http://s004.radikal.ru/i208/1001/1e/1744ef6369f7.jpg

İlahi, bir şirin yuxu ver mənə,
Elə bir yuxu ki, bir ömür yatım.
Uçub arzuların qanadlarında,
Vüsal mənzilinə bir anda çatım.

Mənə bir yuxu ver, yuxu ver Allah,
İntizar, göz yaşı qismət olmasın.
Onda sevgi olsun, məhəbbət olsun,
Ayrılıq olmasın, həsrət olmasın.

Elə bir yuxu ki, onun əliylə,
Fələyin cövrünü itirə bilim.
Mənə yuxu versən, vaxt da ver Allah,
Gördüyüm yuxumu bitirə bilim.

Müəllif: Elnarə Şəms

PostHeaderIcon Ürəklə Söhbət – 2

http://s004.radikal.ru/i208/1001/1e/1744ef6369f7.jpg

Onsuz da qaradır üzüm yanında,
Ağlım hisslərimin əsiri olub.
Bilirəm, taleyin imtahanında,
Ömür qiymətimin kəsiri olub.

Sən məni aşkarda görmək istədin,
Mən sənə yuxuda pənah gətirdim.
Sən mənə qəlbini vermək istədin,
Mən sənə bir yığın günah gətirdim.

Günahım arxamca yeriməsəydi,
Bəlkə öz kölgəmdə yata bilərdim.
Ümid qanadlarım əriməsəydi,
Uçub günəşə də çata bilərdim.

Varlığım, yoxluğum düşüb gözümdən,
Nə qədər istəsən əzab ver mənə.
Mən niyə küsmüşəm özüm-özümdən?
Bəlkə sən bilirsən, cavab ver mənə!

Sözümü eşidib qulaq assaydın,
Özümü ən xoşbəxt adam sayardım.
Mənə günahımı bağışlasaydın,
Mən sənə dünyanı bağışlayardım.

Onsuz da qaradır üzüm yanında,
Ağlım hisslərimin əsiri olub.
Bilirəm, taleyin imtəhanında
Ömür qiymətimin kəsiri olub.

Müəllif: Elnarə Şəms

Ara