Eylül, 2009

PostHeaderIcon Çeynənmiş tamaşa

Köhnəlmiş, çeynənmiş bir ssenarininhttp://s08.radikal.ru/i181/0909/0a/6c8f177cb13a.jpg
yeni tamaşası,
baş rolda qadın.
birinci şəkil:
vağzalının səsi altında
ağ tül pərdələr açılır…
Səni heç kəs alqışlamayacaq,
gül verməyəcəklər!
Bu rolu oynamaq isə baha oturacaq
sənə,
ən azı, ömrün bahasına…
Dur qaç! Qaç özünü yaşamağa,
nə qədər ki, ağlaya-gülə bilirsən…
Ssenarini də
at yanında dayanmış
rejissor kişinin üstünə,
Kişi ha!
Durub ağzımı yaxalayım…

Müəllif: Şəlalə Əbil

PostHeaderIcon Tərəzi düz işləyir

Sənin üçünhttp://s08.radikal.ru/i181/0909/0a/6c8f177cb13a.jpg
məndən əvvəl, məndən sonra,
məndən ağır, məndən yüngül
nələrin durduğunu
bilirəm artıq, söz ustası!
Məndən əvvəl və
məndən ağır olanlar:
puldan tutmuş
evində çəkic yerinə qoyulmayanda
keçirtdiyin narahatlığa qədər
hər şey…
Məndən sonra və
məndən yüngül olan:
söz!
Nostradams kimi illəri öncədən görən
baxışların altında
tərəziyə otururam
məndən yüngül tutduğun sözlə,
bir gözündə mən,
birində o,
Ağır gəlirəm, eləmi?
(Tərəzi düz işləyir,
narahat olma)
Amma nə yazıqlar mənə ki,
buradan da
aşağıdan yuxarı baxacağam
sözün dayandığı gözə yenə.
Mən beləyəm.

Müəllif: Şəlalə Əbil

PostHeaderIcon Əxlaq kodeksi

Cibdə – pul,http://s08.radikal.ru/i181/0909/0a/6c8f177cb13a.jpg
əldə – sabun…
Hər dəfə qapı açanda
sabun lazım olur axı…
sabunsuz bir pillə də qalxmaq olmur
Kişidi bu!!!
Sevdiyi mövzu:
dünyada artan təbii fəlakətlərin
əsas səbəbi-
əxlaqsız qadınların sayının artması.

Müəllif: Şəlalə Əbil

PostHeaderIcon Şuşa

Akif Səməd

Sən Şuşaya getməsən də,
Şuşa səndən gedən deyil,
Heç ziyarət etməsən də,
Şuşa səndən gedən deyil.

Cana doyub bu dərd-sərdən,
“Şuşa yoxdu” – desən birdən,
Xan qaldırar başın yerdən,
Şuşa səndən gedən deyil.

Söz əkmisən barı gülür,
Millət qalxır düşmən ölur,
Göyçə sənə sarı gəlir,
Şuşa səndən gedən deyil.

Tanrı verib istedadı,
Hər sözünün var öz dadı,
Ey türk oğlu, Türk övladı!
Şuşa səndən gedən deyil.

Bilmirəm bu sözdür, nədir,
Qınama ki, bu nə deyir,
Bağışla ey boyuk şair,
Şuşa səndən gedən deyil.

Müəllif: Faiq Yusifoğlu

PostHeaderIcon Mənim bu dünyada nə ölumüm var?

Bilmirəm dünyaya mən niyə geldim?!
Mənim bu dünyada nə ölumüm var?
Bu qəmi, kədəri görməyə gəldim?
Mənim bu dünyada nə ölumüm var?

Danışıb gülməyə adam tapmıram,
İçməyə, yeməyə adam tapmıram,
Bir salam verməyə adam tapmıram,
Mənim bu dünyada nə ölumüm var?

Türk yurdundan gəlmir türkün ətiri
Rusun iyi, ingilisin təsiri,
Muğamat olubdu repin əsiri,
Mənim bu dünyada nə ölumüm var?

Sənə əl çalırlar qeybət deyendə
Başa and içirlər rüşvət deyəndə
Gülürlər arxanca millət deyendə
Mənim bu dünyada nə ölumüm var?

Bilmirəm hardanam, haralıyam mən,
Əzəldən ürəkdən yaralıyam mən,
Başqa bir dünyanın adamıyam mən,
Mənim bu dünyada nə ölumüm var?

Müəllif: Faiq Yusifoğlu

Ara