Ağustos, 2009
İtirmək Həmişə İncidib Adamı

Şəhərdə qəribə bir hava var, nə istidir, nə soyuq……….Qəribə bir bürkü var idi. İlıq kimi bir hava, üstəlik əhvalım da bu gündədir. Saata baxdım…………1 saat olardı ki, fikrə getmişdim……Gah günəşin isti nəfəsi, gah da küləyin sərinliyi yanaqlarımı və gözlərimi yandırmağa başlamışdı! Sonra ağlıma “olaram dərdə həmdəm……….səni qəmli görəndə” mahnısı yadıma düşdü………yenə fikirləşdiklərim barədə düşünməyə başladım……….daha dəqiq, nə fikirləşdiyim barədə düşünməyə davam etdim………Yenidən dərin fikrə dalmışdım ki, hiss etdim biri adımı səslədi!… həmən başımı qaldırıb hər tərəfə baxdım, kimsə yox idi! Qulaqlarım məni aldatmışdı………Yenidən saat baxdım………2 saat keçmişdi…….yay olanda saatlar uzandığından gün də bitmək bilmir………gün artdıqca şəhərdən uzaqlaşmaq istəyirdim bu gün……..təkcə şəhərdən yox…….elə hamıdan. Məni tanımayan və mən tanımadığım bir yerə qaçmaq istəyirdim………..Nə yaxşı ki, belə bir məqamda şəhərdən qaçmaq ağlıma gəlmişdi………..heç olmasa necə qaçacağım və hara qaçmağın daha yaxşı olduğu barədə fikirləşirdim……….bu məni o biri fikirlərdən uzaqlaşdırdı bir anlıq.……….Bu qarmaqarışıq fikirlər, dumanlı xatirələr, səssizlik içərisində, hələ üstəlik belə mənasız havada burda, şəhərdə qalmaq, axmaqlıq olardı lap………….Amma dünən bir az ürək ağrılıarım olduğundan, bu gün təsiri hələ də keçməmişdi………….Bir az narahat idim………bir az. Bu günsə baş götürüb getmək istəyirəm buralardan……….Aldadıram hamını…………Sonra həyatda itirdiklərim haqqında düşünməyə başladım………..Birinci yadıma sən düşdün. Eşidirsən, sən!
Bilirsən, itirmək həmişə incidib adamı. Heç vaxt itirdiyi bir şey üçün üzülməyən adama rast gəlməmişəm. Sarılmışdım fikirlərə, buraxmaq istəmirdilər məni. İllərin həsrətini, yanğısını büküb bir küncə atacağıma qərar vermişdim……….Yorulmuşam…………hər şeydən və hamıdan………..İxtiyarsız yerimdən durub saata baxdım…….İşləmədiyini zənn etdim…….Saata bir saat bunda öncə baxdığımı və işlədiyini unutmuşdum………..Saat işləyirdi. Özü də düz 5-in yarısı idi………Hə, düpbədüz işləyirdi. Güldüm… Həmişə ən çox qorxduğum şey saatımın yatması olmuşdu. Belə vaxtlarda həmişə pis nə isə olurdu. Sevindim. Xarab saat……..əslində qoluma yapışmış bu saat tez tez xarab olurdu……..o mənim üçün çox dəyərli olduğundan onu qolumdan qoparıb, atmaq istəmirəm……Saat işləyirdi…….əqrəbləri ləng tərpənirdi və mənə elə gəldi ki, zamanın ağırlığını hər gün daşımaqdan çoxx yorulub…….saat işləyirdi, özü də qaldığı yerdən yox, əsl işləməli olduğu vaxtdan………Bu saat məni yuxulu fikirlərimdən ayıltdı……bir neçə dəqiqə saat haqında fikirləşdim……..sonra ayıldım………Yox əslində yuxulu deyildim, dəqiq………fikirli idim. Güzgüdə özümə baxdım, bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil……….Fikirlərin əlindən. Vaxtı yola verirdim……..vaxtı yola verdikcə hisslərim də soyumağa başlayırdı elə bil. Dumanlı xatirələr də başımdan çəkilməkdə idi…………çəkilirdi yavaş-yavaş deyəsən, uzaqlaşırdı məndən. Bir az ürəyimə dinclik çökürdü……….amma bir az……………Əslində Bakıdan qaçma səbəblərimdən biri də bu əzablar idi…….hər şeydən qurtulmaq………əslində hər şeydən qurtula bilərdim qaçmaqla………amma özümdən necə? Bacarardım sizcə?………..bir anlıq fikirləşdim həə, sonra dərhal yox bacarmaram……..Tək qalmağı çox sevirəm………amma son zamanlar özümdən də qaçmaq istəyirəm…….Deyirlər, “özü-özü ilə yola getməyən insan, heç kimlə yola gedə bilməz”. Belə məqamlarda nədənsə, həmişə bu söz yadıma düşür! Sonra ürəyimdən Röyanın “Səninəm” mahnısına qulaq asmaq keçdi………..asdım…………vallah səsim olsaydı bu mahnını oxuyardım……..yadıma sən düşdün………Darıxdım, özü də laaaaaaaaap çox………..Bir də gördüm yağış başladı………Yağış nə yağış. Ucundan tutub göyə qalxmalı…………Şimşəklə yanaşı göydə çaxmağım gəldi lap………..Yaz yağışını çox sevirəmm! Mənim üçün bir başqadır yaz yağışı. Yağ yağış, yu apar, bu dunyanın gunahını……….Kaşki bir yağış damcısı bütün həsrətləri özündə daşısaydı. Yaz yağışının gözəlliyini həmişə duymaq istəyirəm. Amma bu yaz incitmişəm onu. Həm də çox………………
Qəlbimdəki Boşluğun Uğultusu Qulaqlarımda Əks-Səda Verir

Həmişə qəlbimdə ağrı olanda fikrimi yayındırmağa çalışıram, nə isə tamam yad, kənar şeylər barədə fikirləşməyə çalışıram ki, daxilimdə yaranan ağrını unudum! Bu nə desən ola bilər: kinoya, konsertə getmək, kitab oxumaq, ya da kiməsə qonaq getmək, hətta zəng edib kiminləsə boş-boş danışmağa qədər………..az da olsa bu şeylər yüngüllük gətirir insana. Özümlə baş-başa qalmağı çox sevirəm……..bu gün də (12 may) belə oldu………Həm daxili, həm xarici bir boşluq vardı sanki şəhərin hər tərəfində……….Ətrafda hər şey illuziyaya bənzəyirdi…….Bu dəfə isə ağlımdan dəlilik etmək keçdi…………beyin instiktiv olaraq özünə çıxış yolu tapmışdı…….həmişə elədiklərimin tam əksini etmək istəyirdim nədənsə…………nədənsə? yox, əslində cavabı özüm bilirəm niyə……..nə isə………..dayanmaq………sonra geri dönmək, ağrıların, problemlərin düz gözünün içinə baxmaq istəyirdim……….bəlkə onda nəsə alınacaqdı. Şəhərin dumanlı görünüşü isə qara bulud kimi başımın üstündən asılmışdı………sonra qalan hər şey öz axarı ilə getməyə başladı………sonra qara bir dalğa sanki məni əhatə etdi. Qəlbimin ağrıları elə bir həddə çatdı ki, hətta fiziki ağrılar da hiss etməyə başladım. Birinci dəfə idi ki belə şey hiss edirdim. Bu xeyli vaxt çəkdi……….sonra birdən-birə azalmağa başladı…………nəhayət əvəzində qəribə bir boşluq yarandı. Boşluq hər yeri tutmuşdu…………mənə elə gəldi ki, bu boşluq şəhərin hər tərəfinə yayılıb. Hərçənd ki, şəhərdə gözəl yaz havası var, şəhər qaynayır, üstəlik insanlar bir-birinin üzünə qəribə bir təbəssümlə baxırlar…………Belə bir gündə, üstəlik belə bir yaz havasında bu boşluq nə idi mənim daxilimdə………….????
Elə bil bu boşluq qəlbimdəki cücərən işığı dalğa kimi yuyub aparırdı………nə bilim, bəlkə mənə elə gəlirdi. Bu, qəribə bir hiss idi. Sonra həyatımda nələrin dəyişdiyini və nələri dəyişdirmək istədiyim barədə fikirləşməyə başladım………….bundan sonra da həyatımda çox şeyi, yoox, hər şeyi dəlicəsinə dəyişdirmək barədə fikirləşdim………amma əbəs yerə………sonra hər şey qismət deyib, istəklərimin üzərindən asta qaçan namərddi deyib qaçmaq istədim……sonra başa düşdüm ki, axı mənim qismət-qismət deyən adamlardan zəhləm gediiiiiiiiir………….Sonra bir anlıq səssiz sədasız qəlbimin narahat çırpıntıları arasında hüdudsuz və dərin xəyallara qapıldım. Bir yanda isə səssiz-səmirsiz sükut və boşluq dolu bir şəhər. Sən demə səssizlik də insan dincliyini poza bilirmiş…………Bu dəfə səssizliyi mən pozmaq istədim…………elə pozdum daaa…………Necə? Gözlərimlə. Sonra səssiz qələbənin bic gülüşlərini qulaqlarımda hiss etməyə başladım………..Səssizliyinlə keçən gəncliyimi həmişəlik qoydum arxada………….Qəlbimin quyularında dolaşıram, özüm özümə yetmirəm indi…….Qəlbim heç tanımadığı duyğuları, daha yeni-yeni hiss etməyə başladığı vaxtlar, “hər şey yaxşıdır” söyləməyi sevmək istədim……….nə isə…….nə dərəcədə alındı deyə bilmərəm……….amma belə olmasını həmişə arzu edirəm………Məncə bütün yazdıqlarım qəlbimin deyə biləcəklərini ifadə edə bilmədi……….Bu sözlər isə hazırkı vəziyyətimə daha çox yaraşır……”Qəlbimdəki boşluğun uğultusu qulaqlarımda əks-səda verir”
Bütün əbədi olanlardan ən qısa müddətlisi sevgidir

Xatirələr………..Qəm………Eşq………..Birincisi ilə yaşa, İkincisinə, üçüncüsünə görə isə səbr et deyirlər! Eşq böyük bir dağa bənzəyir. Kimin təmiz qəlbi, bir dünya sədaqəti varsa onu fəth edər……….Dedin səni sevirəm. Qəlbim həmişəkindən daha tez döyünməyə başladı, təbəssüm edib, sənə inandım, baxmayaraq ki, dodaqların yalan dediyini bilirdi……….mən də bunu bilirdim……..Sevgidə sözlər deyil, duyğular yaşayır. İndi ürək də, duyğu da min bir gümanlarda………..Çox qürurlu olmaq da bir şey deyil əslində……..Yalan nə deyim…….Hərdən paxıllığım tutur qüruru atıb sevgini tutan qızlara………amma bu hərdən olur…….həmişə belə fikirləşmirəm…….İnsan sevgini ruhu ilə yaşayır, duyur. Sevgi insanın xərclədikcə artan qüvvəsinə çevrilir.
Bəlkə də sevgidə qürur olmamalıdı……Amma insanın qürurunu yerə vura biləcək ən böyük təhlükə sevgidir. Məncə qürursuz insan yoxdu, sadəcə bəzi məqamlarda qürurundan keçən insanlar var……..Qürur sözünə birmənalı yanaşmaq düzgün deyil, hər cəhətdə, hər hərəkətdə, hər söhbətdə qürur ayrı məna verir……….Ona görə də bu haqda çox fikir yazmaq istəmirəm…….daha doğrusu bu ayrı mövzudur………..Heç bir sevgi mənim qürurumdan üstün ola bilməz fikirləşirəm. Amma bir məsələ var ki, həyatda heç nə əbədi deyil………elə sevgi də……… Əbədi deyil həyat, əbədi deyil sevgi, əbədi deyil insan……..Bir gün hər şey sona çatır! Bütün əbədi olanlardan ən qısa müddətlisi isə sevgidir. Bax belə……..
Sevgi haqqında dahilərin dediklərindən
1. Mələklər bunu ilahi zövq, şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırırlar.
H.Heyne
2. Məhəbbət təbiət kimidir, ilk soyuqlar daha çox hiss olunur.
P.Bruast
3. Zəruri olanda- birlik, şübhəli olanda – azadlıq, hər şeydə məhəbbət var.
A.Avqustin
4. Hamımız məhəbbər üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.
B.Dizraeli
5. Sevgidə yeganə qələbə qaçışdır.
N.Bonapart
6. Ahıl yaşda eşq eybə çevrilir.
O.Balzak
7. Sevgi hər şeyə qalib gəlir, eləsə, gəlin biz də onun hökmünə tabe olaq.
V.Publiy
8. Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur.
V.Hüqo
9. Bütün dünyada sevgi danışmaq həsrətindədir, lakin cürət etmir, çünki utanır.
B.Şoulk
10. Məhəbbətin bütün sehri ondan ibarətdi ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.
B.Dizraeli
11. Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər.
V.Hüqo
12. Hər bir sevgi əbədi olmaq istəyir.
E.M.Remark
13. Heç sevgi ilə ağılın ümumi bir cəhəti varmı?
İ.V.Höte
14. Məhəbbət olan yerdə insanı sındıra biləcək əzab-əziyyət yoxdur.
F.Dzerjinskiy.
15. Bir kişinin bir qadına aşiq olması kifayət oldu ki, dünya indi olduğu kimi olsun.
Volter
16. Əgər siz sevdikləriniz uğrunda özünüzü qurban verməkdən başlarsanız, bu, özünüzü qurban verdiklərinizə nifrətlə bitər.
V.Hüqo
17. Sevgi ölümdən qoruya bilmirsədə, heç olmazsa , həyatla barışdırır.
H.Senkeviç
18. Əgər insan 40 yaşınadək aşiq olmayıbsa, o, bundan sonra daha aşiq olmasa yaxşıdır.
B.Şou
19. Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür.
H.Heyne
20. Əgər səni heç kim sevmirsə, dünyada yaşamaq ağılsızlıqdır.
M.Qorkiy
21. Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.
M.Qorkiy
22. Əsl məhəbbət xəyala bənzəyir; hamı onun haqqında danışır, lakin çox az adam onu görüb.
F.Laroşfuko
23. Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar.
H.Lonqfello
24. Sevmək başqasına yaxşı hesab etdiyin nemətləri arzulamaqdır, həm də özün üçün deyil, sevdiyin üçün arzulamaq və mümkün qədər onu bu nemətlə təmin etməkdir.
Aristotel.
25. Dostluqda da, sevgidə də əvvəl-axır hesablaşmaq vaxtı gəlir.
B.Şou
26. Həyat – çiçəkdir, sevgi isə – onun şirəsi.
V.Hüqo
27. Məhəbbət – ideal, nigah – real. Real və idealın qarışdırılması heç vaxt cəzasız ötüşmür.
İ.V.Höte
28. Sevgi – ali sözdür, yaradılışın harmoniyası onu tələb edir, onsuz həyat yoxdur və ola da bilməz.
A.Hertsen
29. Məhəbbət – nə keçmişi nə də gələcəyi tanımayan yeganə ehtirasdır.
O.Balzak
30. Sevgi – xeyirxah, ali, güclü, isti və işıqlı olan hər şeyin yaradıcısıdır.
F.Dzerjinskiy
Bəlkə elə insan bir az havadan, bir az sudan, bir az da darıxmaqdan ibarətdir

O qədər darıxıram ki…………Darıxıram gülüşün, baxışın, yanımda yerişin üçün….…Səninlə bir şeylər danışmaq, səndən bir şeylər eşitmək üçün darıxıram….Səni dinləmək, məni dinləmən üçün darıxıram…….Çox şey “borcluyam” sənə, bəzən hətta qorxuram sənə olan “borclarımı” necə ödəyəcəyəm deyə……..Bəzən bir çarəsizlik, bir ümidsizlik çökür beynimə………həsrətin və heç bitməyən sənsizlik ağrısı bir vaxtlar çox incitdi məni……..sonra buna alışdım……..sonra nə hiss etdiklərimi anlaya bilmədim…….Səninlə işim bitdi…….Yarımçıq qalanları saymağa başladım. Gözlərimdə kirpiklərimlə boğuşan damlaları boğazımdakı düyünlərimdə gizlətdim. Mən səni həsrətli təqvimlərdə deyil, bu şəhərə gəlməyəcək yağışlarda üzərimə yağ deyə axtardım. Düşünmə ki sənin üçün darıxmaq——-tək və qaranlıq otağımda gecə olunca əlimə siqaret götürüb, digər əlimdə şəkilinə baxaraq ağlamaqdır. Sənin üçün darıxmaq gecə başımı qaldırıb zülmət qaranlığa baxaraq günəşi axtarmaqdır. Dilim səssizdir, heç susmayan sükutun pıçıltısı hələ də qulağımdadır. Özüm mən özümə darıxmağı, gedəni gələcək deyə gözləməklə qarışdırmayım deyə hey təsəllilər vermişəm.
Mən gəlməyəcəyini, gəlsən də özüm gedəcəyəmi bilirəm……..Nə çətinliklərlə böyütdüyüm xəyallarımı getdiyin gündə, getdiyin saata basdırdım. Gedərkən söylədiklərin ağrıtdı məni…………..həm də lap çox……sənin üçün darıxmağım da bu gün ağrıtdı məni….. kaşki ürəyimdə saxladığım həsrətini öz əllərimlə boğa bilərdim……Bilirsən……… sənsiz bu gün şəhərdə küləklər daha səsli və sürətli əsir. Məcbur olaraq dinləmək məcburiyyətində qalır insan…….Hər əsintidə köhnələrdən ötəri, lakin təzə bir yaş axır gözlərimdən…………Darıxmaq——günahsa əgər, darıxmaram bundan sonra………hmm…..amma bu gün bir az darıxdım………əslində darıxmaq istədiyim üçün darıxdım…..darıxmaq özü də bilmədən insanın tanrıya etirazıdır…….bəlkə elə insan bir az havadan, bir az sudan, bir az da darıxmaqdan ibarətdir?……..nə isə….. qəliz sual oldu…………Darıxdığım üçün bağışla məni.
Sevmək Səni Sevirəm Demək Deyildir!
Sevmək Səni Sevirəm Demək Deyildir!
Bəs siz ona sevgini ve onu sevdiyinizi necə başa salardınız?
Qız:
- Mən səninlə azad deyiləm, amma əsil məhəbbət azad olmalıdır.
Oğlan dərindən nəfəs alaraq dedi:
- O ipi mənə ver. İpi götürür, bir ucunu öz ayağına, digər ucunu qızın ayağına bağlayır-gəl kiçik bir oyun oynayaq!
- Oynayaq!
- Bax bu kiçik ip bizim sevgimizdir, təsəvvür elə ki, mən sənə azadlıq verirəm, get.
Qız 1-2 metr gedir, ip qurtarır.
- Mən gedə bilmirəm, sənin sevgin mənə mane olur.
- Bizim sevgimiz!-oğlan sakitcə dedi-sən bir də cəhd elə.
Qız ayağını çəkdikcə ip ayağını kəsir.
- Məni incidir, ağrıdır axı.
Oğlan pambıq götürür,qızın ayağına əvvəl pambığı dolayır, sonra yenidən iplə sarıyır.
- İndi get.
Qız indi daha möhkəm çəkir ipi, oğlanın sifəti ağrıdan qırışır.
- İndi məni incitmir, amma yenə səndən uzaqlaşa bilmirəm, ip mane olur.
- Onda qalx axşam yeməyi hazırla.
Qız yemək hazırlamağa başlayır, ip ona sərbəst hərəkət etməyə imkan vermir.
- Yenə mənə mane olur.
- Onda gəl birlikdə hazırlayaq! -yaxınlaşır, qızın üzündən öpür, -birlikdə.
Onlar birlikdə yemək hazırlayır, stolun ətrafında oturanda oğlan soruşur:
- Sən unutmamısan? Biz hələ də bir-birimizə bağlıyıq.
- Oy, tamam unutmuşam.
Oğlan ipi açır və soruşur:
- Sən nəsə başa düşdün?
- Nəyi başa düşməliydim ki?
- Sən mənim canımsan!-oğlan dərindən nəfəs alır.
Yalnız gecənin sakitliyində oğlan öz-özünə danışırmış kimi deyir:
- Sən başa düşməliydin ki, həm çətin günündə, həm də xoş günündə məni tərk etmək istəsən hiss edəcəksən ki nəsə sənə mane olur. Sənə sevgimiz mane olacaq. Amma nə qədər ki birlikdəyik sən bu maneəni hiss etməyəcəksən.
- Bəs niyə sən bizim ayaqlarımızı bağladın?
- Çünki real həyatda bizim ürəklərimiz bir-birinə bağlıdır.
- Bəs niyə mənim ayağıma pambıq bağladın, öz ayağına yox?
- Pambıqsız sən ağrını hiss edirdin. Pambıq sənin kobudlaşmış duyğularındı. Amma bu o demək deyil ki, əgər sən ağrı hiss etmirsənsə mənə də ağrılı deyil. Sən unutmamısan ki bizim ayağımız yox, ürəklərimiz bağlıdır?
Qız susdu, fikrə getdi.
Oğlan isə hələ ürəyində davam eləyəcək ki, bunun çox asan çıxış yolu var-qayçı və ya bıçaq. Amma o bunu heç vaxt qıza deməyəcək, çünki onu itirmək istəmir, çünki ona görə bütün ağrı-acılara dözməyə hazırdır, çünki onun həmişə yanında olmağını arzulayır.
ÇÜNKİ ONU SEVİR.